Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Nardaran işi: 'Öldürülən beşinci adam kimdir?'


Taleh Bağırov
Taleh Bağırov

Nardaran hadisələrinin ildönümündə – noyabrın 26-da Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırov Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında "kars"a salınıb.

Bu haqda noyabrın 28-də Nardaran işi üzrə məhkəmədə təqsirləndirilən şəxslərdən Abbas Hüseynov məlumat verib. O bildirib ki, beş günlük “kars” cəzasının səbəbi ötən il Nardarandakı polis əməliyyatının ildönümü haqda Taleh Bağırovun "Azadlıq" qəzetinin saytında yayımlanmış yazısı olub.

Buna da bax:​ Cəmil Həsənli: '30-cu illərdə nə qədər ağır işgəncə versələr də, şalvar soyundurmayıblar'

Məhkəmədə Taleh Bağırov özü isə Daxili İşlər naziri Ramil Usubovun ötən il əməliyyatdan sonra verdiyi bəyanata aydınlıq gətirməsini istəyib.

"Ramil Usubov telekanallarda, saytlarda yayımlanmış həmin bəyanatda deyib ki, "Nardaranda beş nəfəri məhv elədik". Bizim bildiyimiz budur ki, onlar dörd qardaşımızı şəhid ediblər – Sarvan Səfərov, Fərail Bünyadov, Rəfael BünyadovƏkbər qardaşımız. Cavab versin görək, öldürdükləri beşinci adam kimdi. Ramil Usubov sıradan biri deyil, bu məsələlər barədə hamıdan çox məlumatlıdı. Özü məgər bilmir ki, neçə nəfəri öldürüblər? Bəlkə ölən polislərdən birini də nəzərdə tutur, bu başqa məsələ...",Taleh Bağırov bildirib.

Buna da bax: Nardaran işində şahidlər polisə çağrılıb

İFADƏLƏRİ TƏSDİQLƏMƏYİBLƏR

Təqsirləndirilən Şamil Abduləliyev isə Nardaran işi üzrə məhkəməni izləməyə gələnlərə təzyiqlərin davam etməsi barədə hakimləri bilgiləndirib. Bildirib ki, mütəmadi olaraq, bu məhkəməyə gələn Nardaran sakini Fail Şahbazovu saxlayıb, əvvəlcə Sabunçu Rayon Polis İdarəsinə, oradan da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Özünə də ictimai qaydanı pozma ittihamı ilə 30 sutka həbs cəzası veriblər: "Cənab hakim, biz məhkəməyə gələnlərin şəxsiyyət vəsiqələrinin yığılması və gələnlər haqda uyğun orqanlara bilgi ötürülməsi, sonra da həmin adamlara təzyiq edilməsi məsələsini qaldıranda demişdiniz ki, bu məsələni araşdıracaqsız. Belə çıxır ki, siz araşdırıb tədbir görənə qədər hələ bir neçə nəfər də həbs olunacaq".

Məhkəmədə şahid kimi iki nəfər Nardaran sakini dindirilib – Yusif Fərəcov və Allahverdi Hadıyev. Onların heç biri istintaqa ifadələrini təsdiqləməyib. Həmin ifadələrdə Taleh Bağırovun dövlət çevrilişinə cəhd göstərdiyi, bu məqsədlə adamları silahlandırdığı, İslam dövləti qurmaq planlarından danışdığı yazılıb.

Buna da bax:​ 'Nardaran işi'ndə 'başıpapaqlı' atmacası

Şahidlər bildiriblər ki, nə bu cür hadisələrin şahidi olublar, nə də belə ifadə veriblər.

“VİCDANIM RAHAT OLSUN”

Yusif Fərəcov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb dindirilərkən heç 17 yaşı tamam olmayıb. O, ifadəni oxumağa imkan verilmədiyini, imzalamağa məcbur edildiyini deyib.

Dindirmə zamanı o da bəlli olub ki, Yusif Fərəcov çağırış alıb, ayın 23-də səhər məhkəməyə gələrkən onu evlərinin qarşısında polislər saxlayıb 42-ci bölməyə aparıblar: "Orada bir xeyli saxlayandan sonra rəis Tərxan müəllimin otağına apardılar. Dedilər ki, "məhkəməyə getmək lazım deyil, özümüz poçtla teleqram göndərəcəyik ki, istintaqa ifadələrimi təsdiqləyirəm". Həmin gün axşam saat 6-ya qədər saxladılar. Bilmirəm, mənim adımdan məhkəməyə teleqram gəlib, yoxsa yox. Amma bu gün özüm gəldim ki, həqiqəti deyim, vicdanım rahat olsun".

Buna da bax:​ Nardaran işi: ‘İşgəncələrin bircə faizi Zahid Oruca verilsəydi...’

Taleh Bağırov bu şahidə minnətdarlığını bildirməklə yanaşı, polis rəisi Tərxan Əhmədov haqda əlavələri də oldu: "İndi bölmə rəisi olan o Tərxan 2013-cü il martın 31-də mənim cibimə narkotik atmışdı. Maşında cibimə narkotik qoyan o əli məhkəməmə gələndə sınmışdı. Allah ona göstərdi. Amma yenə dərs götürmədi".

Məhkəmə noyabrın 30-da davam edəcək.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax:​ 'Kitabçada mənim adımdan 'oğru İlham Əliyev' yazıblar'

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Buna da bax:

Nardaran şahidi: "Birdəfəlik desinlər ki, "comment" yazmayın"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG