Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

Azərbaycanda yeni 'Turizm qanunu'nun qəbulu gözlənir


Tbilisi. 6.12.2015
Tbilisi. 6.12.2015

Yayda Gürcüstanda yaşayan azərbaycanlılar sosial şəbəkələrdə bir videoçarx paylaşmışdılar. Yüzlərlə adam Tbilisi hava limanına daxil olmaq üçün növbəyə düzülmüşdü. Videoçarxı şərh edənlər bunu “Ölkəni tərk edən turistlər” kimi açıqlamışdılar.

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, bu ilin ilk 7 ayında ölkəyə 3 milyon 500 minə yaxın turist gəlib. Bu, ötən ilin rəqəmindən az olsa və ölkə rəsmilərinə “turistlərin sayı azalıb” deməyə əsas versə də, mənzərə Azərbaycanla müqayisədə daha yaxşı görünür.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk 9 ayında Azərbaycana təxminən 1 milyon 700 min turist gəlib.

Buna da bax:​ Turizmə aid yeni sərəncam çıxdı

Azərbaycan turizmin inkişafı üçün qanunvericiliyini dəyişməyə hazırlaşır. Bu yaxınlarda “Turizm haqqında" yeni qanununun qəbulu gözlənir. Amma bir sual da doğur: Bəyəm Azərbaycanın turizm sahəsində Gürcüstana uduzması qanunvericlikdən qaynaqlanır?

“Turizmdə çalışanlar peşəkar olmalıdırlar”

Eldar Aslanov
Eldar Aslanov

Azərbaycan Turizm və Menecment Universitetinin rektorəvəzi Eldar Aslanovun fikrincə, 1999-cu ildə qəbul edilmiş qanun indiki dövrün tələbləri ilə uzlaşmır: “Turizmin inkişafı üçün daha müasir qanuna ehtiyac var”.

Rektorəvəzi deyir ki, qanun layihəsi Ümumdünya Turizm Təşkilatı ekspertlərinin müsbət rəyini alıb və artıq parlamentdə müzakirəyə tövsiyə olunub: “Bu yaxınlarda layihə bir daha Əmək və Sosial Siyasət Komitəsinin iclasında müzakirə edildi. Burda bir çox məsələlər var, öncə bizim marağımızda olanı deyim. Nəzərdə tutulur ki, turizmlə məşğul olan şəxslərin mütləq bu sahə üzrə sertifikatı olmalıdır. Bilirsiniz ki, sözügedən sektorda 50 minə yaxın adam çalışır, ancaq bu sahə üzrə heç bir ixtisas təhsili yoxdur və ya müvafiq təlim görməyib. Bəzən turistlər xidmətin səviyyəsindən gileylənirlər”.

Buna da bax:​ Batumidə azərbaycanlı turistlərin başına gələnlər

Eldar Aslanov: 'Turistlərin quru yolla ölkəyə gəlib-getməsini asanlaşdırmaq üçün tədbirlər görüləcək'
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00
Direct-ə keçid

Eldar Aslanov düşünür ki, bu məsələ qanunda öz əksini tapsa, turizm sektoru peşəkarlarla işləməyə məcbur olacaq və xidmət səviyyəsi yüksələcək.

Müsahibimiz deyir ki, layihədə turizm şurasının, turizm reyestrinin, turizmlə bağlı dövlət sektorunun, bələdiyyələrin, turizm assosiasiyalarının səlahiyyətləri dəqiqləşdirilib: “Keyfiyyət məsələsi var. Turizmin müxtəlif qollarının inkişafı bu qanunla təşviq ediləcək”.

“Təkcə otel tikmək turizm deyil”

Eldar Aslanov vurğulayır ki, ərazidə otel tikmək turizm demək deyil. Onun sözlərinə görə, müvafiq infrastruktur, ayrı-ayrı təbiət obyektlərinə, tarixi abidələrə marşrutlar olmalıdır, mədəni asudə vaxt xidmətləri təşkil edilməlidir”.

Buna da bax: Azərbaycanlılar Gürcüstana gedir

Rektorəvəzinin fikrincə, otel biznesi ilə bağlı lisenziyalaşdırmanın aradan qaldırılması kənd turizminin inkişafına təkan verəcək, bölgələrdə yaşayan sakinlər turist qəbulu üçün hostellər, kiçik otellər tikə biləcəklər. O vurğulayır ki, Sahibkarlığa Kömək Milli Fondunun da turizm sektoru ilə məşğul olmaq istəyən sahibkarlara güzəştli kredit verəcəyi gözlənilir.

Turistlər
Turistlər

Eldar Aslanov sözlərinə bunu da əlavə edir ki, prezidentin sentyabrın 1-də turizmlə bağlı sərəncamı da ölkədə vəziyyəti kökündən dəyişməyə kömək edəcək: “Turistlərin quru yolla ölkəyə gəlib-getməsini asanlaşdırmaq üçün tədbirlər görüləcək, bəzi bölgələrdə turizmə investisiya qoyan sahibkarlara torpaq veriləcək və ya xərclərin bölüşdürülməsində güzəştlər olunacaq. Nazirlər Kabineti dekabrın 1-dək sərəncam əsasında qaydalar işləyib hazırlamalıdır. O zaman harda, nə güzəştlər var, görəcəyik”.

Buna da bax:​ «Turizm haqqında» qanun: Azərbaycana «gəl», yoxsa «gəlmə»?

“Gürcüstanda vergi və kredit güzəştləri”

Azər Süleymanov
Azər Süleymanov

Azərbaycan Turizm və Menecment Universitetinin rektorəvəzi “Turizm haqqında” yeni qanunun və prezident sərəncamının ölkədə turizmi inkişaf etdirəcəyinə əmindir.

Bəs Gürcüstanda hökumət turizmi inkişaf etdirmək üçün nə edir? Gürcüstan parlamentinin üzvü Azər Süleymanov deyir ki, bu sektorla məşğul olan adamlar hökumətdən böyük vergi və kredit güzəşti alıblar: “Ölkənin 5 milyondan çox əhalisi var, amma az qala, bir o qədər adam da Gürcüstana turist, qonaq kimi gəlir.

Gürcüstanda turizmi inkişaf etdirən əsas amillərdən biri də restoranlarda, yeməkxanalarda qiyməti əlverişli olan menülərin təklif olunmasıdır. Hökumət qiymət bahalanmasın deyə, bu işi bacardığı qədər nəzarətdə saxladı”.

Azər Süleymanov: '5 milyondan çox əhalisi var, amma az qala, bir o qədər adam da Gürcüstana turist, qonaq kimi gəlir'
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00
Direct-ə keçid

Buna da bax:​ Analoqu olmayan turizm - [Video]

Azər Süleymanov deyir ki, ölkənin bütün tarixi abidələri bərpa olunub, infrastruktur yenilənib. Onun sözlərinə görə, Gürcüstan ucuzluğu ilə turistləri özünə cəlb edir, “500 dollara başqa dövlətdə bir neçə gün istirahət edə bildikləri halda, bu pula bütün Gürcüstanı dolaşmaq mümkündür”, - Gürcüstanın millət vəkili belə deyir.

“Xingal, çaxır, gəzməli-görməli yerlər...”

Paytaxt Tbilisidə öz kiçik otel biznesini quran azərbaycanlı Zərifə Quliyeva ölkənin turizm sektoru ilə bağlı qanunvericiliyindən tam xəbərdar olmasa da, deyir ki, burda sərmayə qoyan xarici investordan ilk il bir qəpik də vergi alınmır, sonrakı illərdəsə dövriyyəsinə görə vergi ödənir. Onun fikrincə, Gürcüstanda turizm bu sahədə azad rəqabət olduğu üçün gəlişir: “İndi qışdır, mövsüm deyil, amma yenə də turist var”.

Buna da bax:​ 'Xəzər dənizinə turist cəlb etmək çətindir'- Ekspert

Zərifə Quliyeva: 'Gecəsi 10 lariyə də təkliflər var. Gürcüstan bölgələri aramsız təbliğ edir, videoçarxlar çəkdirir'
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00
Direct-ə keçid

Zərifə Quliyevanın sözlərinə görə, onun şəhərin mərkəzində yerləşən hostelində gecəsi yayda 20 (ən çoxu 10 manat); qışda 15 lariyə (təxminən 7,5 manata) qalmaq mümkündür: “Hətta gecəsi 10 lariyə (5 manata) də təkliflər var. Gürcüstan ayrı-ayrı bölgələrini aramsız təbliğ edir, videoçarxlar çəkdirir. Ölkə paytaxtına azbüdcəli təyyarələr uçur. Yeməklər ucuzdur, mədəni əyləncələr də baha deyil. Məsələn, Tbilisidə kanata minmək 1 laridi - Azərbaycan pulu ilə təxminən 50 qəpik. Amma Qəbələdə Tufandağda kanata minən adambaşı 10 manat ödəməlidir”.

Müsahibimizə görə, Azərbaycan öz mədəniyyətini, mətbəxini təbliğ etmir, ancaq Zərifə Quliyeva onu da vurğulayır ki, gərək təbliğ də reallığa söykənsin. “Azərbaycana gəlib Bakını, Masallını, Lənkəranı görmək istəyən turist o yolla gedib-gələrsə, çətin bir də bu ölkəyə gəlmək istəyə”, - Zərifə xanım Bakı-Lənkəran arasındakı magistral yolun bərbadlığına eyham vurur...

XS
SM
MD
LG