Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Tbilisidə gənclərə dəstək aksiyası


Tbilisidə aksiya. 18noy2016
Tbilisidə aksiya. 18noy2016

Noyabrın 18-də Tbilisidə gənc fəallar Qiyas İbrahimovBayram Məmmədova dəstək məqsədilə etiraz aksiyası keçirilib.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında təşkil edilib.

Bu haqda Gürcüstanda yaşayan siyasi fəal Əfqan Muxtarlı məlumat verib.

Buna da bax:​ Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»

Onun bildirdiyinə görə, aksiyanı Gürcüstanda yaşayan azərbaycanlı siyasi fəallar təşkil ediblər. Aksiyaya gürcü fəallar da dəstək veriblər.

İştirakçılar Azərbaycanda bütün siyasi məhbus sayılan şəxslərin azadlığa buraxılması ilə bağlı şüarlar səsləndiriblər. Onlar əllərində gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun mərhum prezident Heydər Əliyevin abidəsinə yazdıqları şüarların eynisinin əks olunduğu plakatlar tutublar.

Buna da bax: ABŞ-ın ATƏT-dəki səfiri Qiyas İbrahimovu azad etməyə çağırır

Qiyas İbrahimov və Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlara Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Buna da bax:​ 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

Onların məhkəməsi ayrı-ayrılıqda keçirilir. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi Q. İbrahimova 10 il həbs cəzası verib. O, məhkəmədə məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə həbs edildiyini bildirib.

Bayram Məmmədovun məhkəməsi isə davam edir. O isə çıxışında Azərbaycanda məhkəmələri tamaşa, prezident ilham Əliyevi də rejissor adlandırıb.

Buna da bax:

"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

XS
SM
MD
LG