Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:35

Azərbaycanda ipoteka krediti niyə dayanıb?


Azərbaycan İpoteka Fondu vasitəsilə ötən yarım ildə kimsə mənzil üçün kredit almayıb. May ayında hərəsi 50 min manat olan 2 kredit verilib. Apreldə də 93 min manat dəyərində 2 kredit verilib.

Halbuki ötən il 97 milyon manat məbləğində 2 min 146 kredit verilmişdi.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hazırki məqamda ipoteka kreditlərinin verilməməsinin bir neçə səbəbi var.

Ekspert deyir ki, hazırda İpoteka Fondunun yeni strukturu formalaşır. Eyni zamanda İpoteka kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib.

Rəşad Həsənov daha bir səbəb kimi bank maliyyə bazarında baş verənləri göstərir.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov da kreditlərin verilməməsinin İpoteka Fondunun strukturundakı yenidənqurma işləri ilə əlaqəli olduğunu deyir.

Ekspert deyir ki, demək olar, fond hazırda öz fəaliyyətini dondurub. Nüsrət İbrahimov bu fəaliyyətin yaxın vaxtlarda bərpa ediləcəyinə dair məlumatlıdır.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Araz Əlizadə kreditlərin verilməməsini bank maliyyə bazarında baş verən proseslərlə əlaqələndirir. Deputatın fikrincə devalvasiya nəticəsində çətin vəziyyətə düşən banklar ipoteka krediti verməkdə maraqlı görünmür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, 2016-cı il ildə ipoteka kreditləri üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılıb. Yəni kreditlərin verilməməsi maliyyə çatışmazlığı ilə əlaqəli ola bilməz.

XS
SM
MD
LG