Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Taleh Bağırov Qiyas İbrahimovun anasına məktub yazıb


Taleh Bağırov
Taleh Bağırov

“Müsəlman Birliyi” Hərəkatının sədri, Taleh Bağırov cəza evindən 10 il həbs cəzası alan gənc fəal Qiyas İbrahimovun anasına məktub yazıb.

T. Bağırov yazır:

“Salam. Sizə bu məktubu cəsur oğlunuz Qiyasa çox yaxın bir məkandan yazıram. Hətta bu sətirlərdən oğlunuz Qiyasın ətrini belə duya bilərsiniz. Çünki bu sətirlərə oğlunuzun da məhkum edildiyi soyuq zindan divarlarının sızıltısı, əsarətə qarşı azadlıq eşqi, cəsur insanların cəsarətinin ruhu hopub...”

Buna da bax:​ Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi [video]

Azadlıq istəmirəm, zərrə-zərrə, qram-qram

Məktubda daha sonra mərhum şair Xəlil Rza Ulutürkün “Azadlıq istəmirəm, zərrə-zərrə, qram-qram” şerindən bir parçalar təqdim edilir.

Taleh Bağırov yazır ki, Qiyas İbrahimova verilən 10 il həbs cəzasını xalq cəza kimi deyil, qəhrəmanlıq medalı kimi dəyərləndirəcək:

"Siz artıq qəhrəman bir oğul anasısınız. Sizinlə və böyütdüyünüz o qəhrəman oğlunuzla qürur duyuruq. Sizin timsalınızda övlad ayrılığından göz yaşı tökən bütün analarımıza Allahdan can sağlığı, uzun ömür, dünya və axirətdə səadətə qovuşmağı təmənna edirəm…"

Buna da bax:​ «İlham Əliyev oğlumdan 10 il çaldı»- Qiyasın anası- [video]

XATIRLATMA

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham ediblər.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçmişdi. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Buna da bax:​ 'Nardaran işi': Statusa şərh yazmış şahid dindirildi...

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində Qiyas İbrahimova 10 il həbs cəzası verilib. O son sözündə deyib ki, məhz Heydər Əliyevin abidəsinə şüar yazdığına görə, həbs edilib.

Taleh Bağırov isə ötən il noyabrın 26-sı Nardaranda tutulub.

Həmin gün Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Buna da bax:​ Taleh Bağırovun işgəncə şikayəti rədd edilib

Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG