Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları


"Heykəlin intiqamı". Karikatura. Gündüz Ağayev
"Heykəlin intiqamı". Karikatura. Gündüz Ağayev

“Bu, çox nadir hadisədir. Hakim, adətən, prokurorun istədiyi müddətdən 1-2 il az cəza verir. Hətta bəzən, prokuror 5 il cəza tələb edir, hakim bəraət verir. Amma bu gün prokurorun istədiyindən artıq cəza verilməsi işin siyasi sifariş olmasına dəlalət edir. Burda hüquqi məna axtarmaq mənasızdır”. Hüquqşünas Ənnağı Hacıbəyli gənc fəal Qiyas İbrahimov haqqında çıxarılan məhkəmə hökmünü şərh edərkən belə deyir və fikrini davam etdirir:

“Qiyas İbrahimovu heykələ “Qul bayramınız mübarək” yazdığına görə həbs etdilər. Vəssalam, deməli, Heydər Əliyevin heykəli qarşısında ancaq baş əymək olar. Belə absurd hökmün səbəbi də budur”.

Hüquqşünas Ənnağı Hacıbəyli: 'Burda hüquqi məna axtarmaq mənasızdır'
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

İstisnaya səbəb nədir?

Prokuror gənc fəal Qiyas İbrahimovun 9 il azadlıqdan məhrum edilməsini istəsə də, oktyabrın 25-də hakimin qərarı ilə ona 10 il cəza verilib. Məsələ burasındadır ki, Azərbaycan məhkəmə təcrübəsində hakim istisna hallarda prokurorun tələb etdiyindən daha ağır cəza verir. Bəs bu dəfə istisnaya səbəb nədir?

Buna da bax:​ Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi

Müzəffər Baxış: “Burda qanun pozuntusu yoxdur...”

Hüquqşünas Müzəffər Baxış deyir ki, burda qanun pozuntusu yoxdur, Cinayət Məcəlləsinə görə, prokuror cəzanın təyin edilməsi barədə, sadəcə, təklifini söyləyir. Məhkəmə bu təkliflə razılaşa da bilər, razılaşmaya da: “Məhkəmə cəzanın sanksiyasından artıq cəza versəydi, o zaman qanun pozuntusu olardı”.

“Hakim özünü yandırmaq istəməyib”

Ancaq belə deyincə də əlavə edir: “Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmadığına, bütün məhkəmələr prokurorluqdan asılı olduğuna və cəza siyasətini sifariş əsasında prokuror müəyyənləşdirdiyinə görə, hakimlər, bir qayda olaraq, dövlət ittihamçısının təklif etdiyi cəzadan kənara çıxmırlar. Nadir hallarda hakim prokurorun təklif etdiyi cəzadan daha çox iş verir. Bu hallar barmaqla sayıla bilər”.

Müzəffər Baxış: 'Bu iş 'siyasi çalarlı' olduğundan, ola bilsin, 'hakim özünü yandırmaq istəmədi'
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

Müzəffər Baxışın fikrincə, bu iş “siyasi çalarlı” olduğundan, ola bilsin, “hakim özünü yandırmaq istəməyib, prokurordan daha artıq cəza verib”.

Buna da bax:​ Qiyas İbrahimovun anası: "Ağlamıram, ağlamayacam da" [video]

İntiqam Əliyev: “Qiyasa qarşı edilən...”

Hüquq müdafiəçisi İntiqam Əliyev prokurorun 9 il çəza istəməsi müqabilində məhkəmənin Qiyas İbrahimova 10 il həbş kəsməsini “dəhşətli bir şey” sayır:

“Uzun illərdir Azərbaycan məhkəmələrində törədilən saysız-hesabsız özbaşınalığın, haqsızlığın, ədalətsizliyin, allahsızlığın az şahidi olmamışıq. Ona görə düşünürsən ki, səni təəccübləndirəcək elə bir şey ola bilməz. Amma bəzən, doğrudan da, elə şeylər baş verir ki, təəccübə qarşı güclü immunitetə malik olan bizləri dəhşətə gətirir. Ölkənin dəyərli övladı Qiyasa qarşı edilən nə qanunlara, nə beynəlxalq hüquqa, nə ədalətə, nə hakim əxlaqına uyğundur. Buna nə ad vermək olar? Heykələmi yarınırlar? Hakimiyyətə sədaqətlərinimi sübut etməyə çalışırlar? Nə gərək var buna? Bunu ki ölkədə bilməyən kimsə yox. Baş verən dəhşətli şeydir. Amma yenə də nəyə təəccüblənirik ki?! MTN qoçularına minnətdarlıq yazan məhkəmədən nə desən gözləmək olar”.

Qiyas İbrahimov məhkəmədəki yazılı son söz mətninin əlindən alındığını bildirib. Hüquqçu Ənnağı Hacıbəyli bunu “qanunsuzluq, özbaşınalıq” kimi dəyərləndirir.

Buna da bax:​ «İlham Əliyev oğlumdan 10 il çaldı»- Qiyasın anası [video]

Olay belə başlanıb:

Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsiylə ittiham edilirlər.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb.

Buna da bax: Qiyas: «Polis dedi, istəyirsən narkotikin yanına silah da qoyaq?»

Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Artıq Bayram Məmmədovun da işi məhkəməyə göndərilib.

XS
SM
MD
LG