Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:28

Hollande: 'Fransanın islamla problemi var'


Francois Hollande. 20Okt, 2016
Francois Hollande. 20Okt, 2016

Francois Hollande yeni çap olunmuş kitabın müəlliflərinə Fransanın "islamla problem yaşadığını" deyib. O, həmçinin bildirib ki, ölkəyə həddindən çox mühacir gəlir və onlar "burada olmamalıdırlar".

Hollande bu ziddiyyətli fikirləri "Bir prezident bunu deməməlidir" adlı kitabın müəlliflərinə ötən ilin dekabrında, yəni Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror hücumlarından cəmi bir ay sonra deyib.

“PROBLEM ONDADIR Kİ...”

"İslamla problem yaşandığı bir həqiqətdir. Heç kimin buna şübhəsi yoxdur. Problem İslamın təhlükəli din olmasından yaranmır. Problem ondadır ki, o, özünü Respublikanın dini kimi təsdiqləmək istəyir. Düşünürəm ki, burada olmamalı həddindən çox mühacir gəlir", Hollande "Le Monde" qəzetinin jurnalistləri Gerard DavidFabrice Lhomme-a deyib.

Buna da bax:​ Fransanın dini liderləri birliyə çağırıblar

İmmiqrasiya və milli kimlik gələn il keçiriləcək prezident seçkilərinin əsas mövzularıdır.

Fransada son iki ildəki hücumlar dalğası, bütün Avropanı bürümüş miqrant böhranı antimühacir əhvalını gücləndirib.

Ötən yay Fransanın 30 şəhəri bütün bədəni örtən "burkini" adlı çimərlik geyimini yasaqladı. Dünyəvi dəyərlərə sadiq ölkədə müsəlmanların cəmiyyətə inteqrasiyası ətrafında debatlar qızışdı. Fransanın ən yüksək inzibati məhkəməsi belə bir qadağanın təməl azadlıqları ciddi pozması barədə qərar çıxardı.

POPULİST MÖVZU

Son dərəcə qeyri-populyar olan Hollande, hələ ki, seçkilərdə namizədliyini verib-verməyəcəyini deməyib.

Ancaq onun çoxdankı rəqibi mərkəz-sağçı Nicolas Sarkozy artıq öz kampaniyasını populist antimühacir mövzuları üzərində qurub.

Buna da bax: Hollande: 'Hakimiyyətdə olduğum müddətdə burkini yasaqlanmayacaq'

"...Siyasətçilər islamı və müsəlmanları tənqid edərək iblis kimi göstərməyi, bundan qorxutma taktikası kimi yararlanmağı adi hala çeviriblər. Hər hansı bir lider, yaxud siyasi partiya kritik duruma düşəndə bu yola əl atır. Onlar bilirlər ki, Fransanın müsəlman vətəndaşlarının partiyalara, yaxud siyasətçilərə təsir göstərmək imkanına malik təşkilatlanmış lobbisi yoxdur", deyə fransalı sosioloq və media tənqidçisi Ali Saad "Al Jazeera" kanalına bildirib.

"Bu reallıq hazırkı hökumətin timsalında daha aydın görünür", deyə o əlavə edib.

STİQMANIN GÖZLƏNƏN FƏSADLARI

Fransa hökumətinin siyasəti, özəlliklə də, ötən il Parisdə baş vermiş terror hücumları və onların ardınca fövqəladə vəziyyətin elan olunmasından sonra, hüquq müdafiə qruplarının sərt tənqidi ilə üzləşib. Onlar hökuməti müsəlmanları həbslər və təqiblərlə hədəfə almaqda ittiham edirlər.

Buna da bax:​ Kilsəyə hücum edəndən müsəlmanlara çağırış

"Uzunmüddətli perspektivdə müsəlman vətəndaşların məruz qaldığı bu stiqma onların özlərini təcridinə səbəb olacaq. Bu isə Fransanın ictimai birliyi üçün ciddi nəticələr verə bilər. Çünki izolyasiya dini ekstremizmin kök ataraq inkişafına şərait yaradır", Saad deyir.

Hollande-ın dediklərini şərh edən hökumət sözçüsü Stephane Le Foll da prezidentin sözlərini təkrarlayıb: "Bu gün islamla problem yaşanır, çünki islam bəziləri tərəfindən siyasiləşdirilir. Problem var və eyni zamanda biz bu problemin öhdəsindən gəlməyi bacarmalıyıq", deyə o bildirib.

XS
SM
MD
LG