Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:32

10 ildir qəyyumluq sistemiylə mübarizə aparan səudiyyəli qadınlar


Səudiyyəli qadınlar əllərində ölkə bayrağı tutublar
Səudiyyəli qadınlar əllərində ölkə bayrağı tutublar

Minlərlə səudiyyəli “kişilərin qadınlara qəyyumluğuna son verək” deyir

Minlərlə səudiyyəli qadın hökuməti ölkədəki qəyyumluq sistemini ləğv etməyə çağıran elektron petisiya imzalayıb. Bu sistem kişi qohumunun icazəsi olmadan qadınların fundamental vəzifələri həyata keçirməsinə imkan vermir.

“Normal kişilərə də basqıdır”

“Qadınlara tamhüquqlu vətəndaş kimi yanaşılmalıdır. Bu, təkcə qadınların problemi deyil, həm də normal kişilərə basqıdır", - 10 ildən bəri qəyyumluq sistemiylə mübarizə aparan fəallardan biri - Aziza Al-Yousef belə deyir.

Səudiyyə qanunlarına görə, qadınlar səyahət etməyə, evlənməyə və ya həbsxananı tərk etməyə kişi qohumlarının icazəsini almalıdırlar. Qadınlar işlə təminat və tibbi xidmətdən yararlanarkən də kişilərin icazəsi tələb oluna bilər.

Qəyum, adətən, qadının ya atası, ya da əridir. Dul qadınsa, başqa kişi qohumu olmasa, öz oğlundan icazə almalıdır.

Buna da bax:​ İran prezidentindən qadınlara jest

“Özüm özümün qəyyumuyam”

Ancaq son illər gündən-günə artan etiraz hərəkatları bu sistemə son qoyulmasını tələb edir. Yousef və başqa görkəmli fəallar 5 il əvvəl qəyyumluq sisteminin dinə uyğunluq dərəcəsinə dair seminarlar keçirməyə və araşdırmalar aparmağa başlayıblar. Bu yay - "Human Rights Watch" (HRW) təşkilatının sistemi tənqid edən hesabatı dərc olunandan sonra kampaniya daha da fəallaşıb. Fəallar bu məsələ barədə fikirlərini #IAmMyOwnGuardian (özüm özümün qəyyumuyam) həştəqi ilə bildirirlər.

Petisiyanın müəllifi və HRW-nin hesabat müəlliflərindən biri - qadın sağlamlığını araşdıran Hala Aldosari deyir ki, bu həştəqi bütün yaş qrupu və kəsimlərindən olan qadınlar dəstəkləyir.

Təxminən 2500 qadın Səudiyyə kralının ofisinə teleramla üz tutaraq, qəyumluq sisteminə son qoyulmasını istəyib. Aldosari-nin sözlərinə görə, petisiya Twitter-də yayılandan sonra onu 14 min 682 nəfər imzalayıb.

Buna da bax:​ İnternet petisiyanı imzalayanların sayı sürətlə artır

Yeni iqtisadi plan hazırlanıb

Səudiyyə hökuməti iki dəfə - 2009 və 2013-cü illərdə BMT İnsan Haqlarıı Şurasının rəyindən təsirlənərək, qəyyumluq sistemini ləğv etməyə razılıq verib. Bəzi islahatlar nəticəsində qadınların işləməsi asanlaşıb, onlara səsvermə hüququ verilib. Qadınlar bələdiyyə seçkilərində də öz namizədliklərini irəli sürə bilərlər. Kralın məşvərət şurasına artıq qadınlar da təyin olunur. Ancaq məhdud xarakter daşıyan belə islahatlar qadınlara əsas hüquqları vermir.

Bu il hökumət ölkənin neftdən asılılığını azaltmaq məqsədilə "Vision 2030" adlı iqtisadi plan irəli sürüb. Bu plan qadınların əmək bazarında daha yaxından iştirakını nəzərdə tutur. Ancaq qəyyumluq sistemi bu plana ziddir, çünki bəzi iş yerləri qadınlardan qəyyumun icazəsini tələb edir. Səudiyyə Ərəbistanında ali təhsil almış qadınların sayı kişilərdən çoxdur. Bu, ölkənin neft asılılığından qurtulmasında onların mühüm rol oynayacağını göstərir. Qadınların iqtisadiyyatda iştirakının vacibliyi həm də bundan irəli gəlir.

Kral ailəsinin bir çox üzvü islahat istəsə də…

Cənubi Karolina Universiteti Hüququn Aliliyi Birliyi direktorunun müavini Hamid M. Khan-ın sözlərinə görə, Səudiyyə kral ailəsinin bir çox üzvü islahat fikrinə açıq olsa da, yüksəkrütbəli din xadimləri buna qarşı çıxırlar. Sistemi dəyişmək üçünsə həmin din xadimlərinin razılığı olmalıdır.

Buna da bax:​ Putin Səudiyyə kralı ilə danışıb

Khan-ın fikrincə, heç bir başqa müsəlman ölkəsində Səudiyyə Ərəbistanındakına bənzər qəyyumluq sistemi gözə çarpmır.

Yousef deyir ki, bu sistemin şəriətdən qaynaqlanmadığını göstərmək istəyən bəzi görkəmli səudiyyəli din xadimləri də sözügedən petisiyanı imzalayıblar. Aldosari-nin sözlərinə görə, qadınların 2013-cü il hərəkatından sonra daha çox din xadimi onları dəstəkləməyə başlayıb. Həmin hərəkatı zamanı qadınlar onlara maşın sürmək hüququnun verilməsini tələb edirdilər.

“Onlar bəyan etdilər ki, bu, din deyil, hökumətin qanunlarıdır və dəyişdirilməlidir", - Aziza Al-Yousef belə deyir.

XS
SM
MD
LG