Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Avtobusun vurduğu atlet Azərbaycandan təzminat tələb edir


Avtobusun vurduğu atletlər Verena Breit, Vanessa Sahinovic və Luna Pajer.
Avtobusun vurduğu atletlər Verena Breit, Vanessa Sahinovic və Luna Pajer.

-

I Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə avtobusun vurması nəticəsində əlil olan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsinin vəd olunan kompensasiyanı Azərbaycandan ala bilmədiyi deyilir.

Turan xəbər verir ki, bu barədə “Der Standard” qəzeti yazıb.

Qəzetdə yazılanlara görə, ailə həmçinin, reabilitasiya xərclərinin ödənilməsini tələb edir. Ailənin vəkili qəzanı törədən sürücünün çalışdığı şirkəti məhkəməyə verib .

16 yaşlı Vanessa Sahinoviç bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçsə də, hərəkət etmək qabiliyyəti bərpa olunmayıb. Onun aşağı ətrafları iflic olub və hərəkət qabiliyyətini itirib.

Buna da bax: Atletlər işi: 'Bunlar tam şişirdilmiş, qondarma ittihamlardır'

V.Şahinoviç və Avstriyanın sinxron üzgüçülük komandasını təmsil edən digər iki idmançı ötən il Bakıda keçirilən I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində avtobusun vurması nəticəsində xəsarət alıblar.

Qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsindən ötrü bəzi tədbirlər görüb. Hakimiyyət idmançının Vyanaya çatdırılması məqsədi ilə xüsusi təyyarə ayırıb və onun müalicə xərcləri təmin olunub.

V.Şahinoviç Bosniyadan gələn mühacir ailəsindəndir.

Qəzanın videosu

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

XS
SM
MD
LG