Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

Miqrantların adı yenə seksual təcavüz qalmaqalında


İllüstrasiya
İllüstrasiya

►Almaniyada 26 qadın konsert zamanı cinsi təcavüzə məruz qaldıqları barədə şikayət edib

Baş verdiyi iddia olunan hadisə şənbə günü, Darmştadt şəhəri yaxınlığında açıq havada keçirilən konsert zamanı olub. Şlossqrabenfest (Schlossgrabenfest) festivalı ötən cümə axşamından şənbəyə qədər üç gün davam edib.

Polisin verdiyi məlumata görə, təkcə şənbə günü konsertdə 80 minə qədər adam iştirak edib. Ümumilikdə, 3 gün ərzində festivalda 400 min adam iştirak edib.

Darmştadt polisinin sözçüsü deyib ki, polisə müraciət edən qadınların əksəriyyəti 16 - 25 yaş arasındadır.

Onun sözlərinə görə, təcavüzlərdə 10 nəfərə qədər kişi iştirak etmiş ola bilərdi.

Baş verən insidentlə bağlı yaşı 28 - 31 arasında olan üç pakistanlı kişi həbs edilib. Polis onların 2-3 qadına təcavüz etməkdə şübhəli bilindiklərini deyir.

Bu kişilərdən biri bir müddətdir ki, Almaniyada yaşayır. Digər ikisi isə ölkəyə yeni köçüb.

Bundan əvvəl Almaniyada yeni il gecəsi də oxşar hadisə baş vermişdi.

XS
SM
MD
LG