Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:37

Yalnız tibb təhsili alanlara möhlət hüququ veriləcək


►Şəmsəddin Hacıyev: “Əksər deputatlar hərbi çağırışdan möhlət hüququnun verilməsini təklif edirlər”

Xarici ölkələrdə tibbi təhsil alan Azərbaycan vətəndaşlarına hərbi çağırışdan möhlət hüququ veriləcək.

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Şəmsəddin Hacıyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, məhz bu ixtisas üzrə hərbi möhlətin verilməsi təklifi tibb peşəsinin özəlliyi ilə bağlıdır: “Tibb təhsilində fasilə olmamalıdır”, millət vəkili deyir.

Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

Onun sözlərinə görə, ümumiyyətlə, təhsildə fasilənin olmamasının tərəfdarı kimi çıxış etsə də, ölkənin müharibə şəraitində yaşaması nəzərə alaraq, magistratura və doktoranturada təhsil alan tələbələrə hərbi möhlət verilməyib.

“Elmə gələn oğlanların sayı azalır”

Azərbaycanda magistratura və doktorantura pilləsinə qəbul olunan kişi tələbələr təhsili yarımçıq saxlayıb hərbi xidmətə gedirlər. Şəmsəddin Hacıyev deyir, hərbi çağırışdan möhlət hüququ onunla əsaslandırılmışdı ki, magistraturaya girən oğlanların sayı azdır, getdikcə azalır, qızların-qadınların sayı daha çoxalır:

“Bu isə öz növbəsində doktoranturaya təsir göstərir, elmə maraq göstərən magistrlərin də sayı getdikcə azalır”, Şəmsəddin Hacıyev qeyd edir. O əlavə edir ki, o zaman parlamentdə bu məsələ müzakirə edilərkən, ölkənin müharibə şəraitində olması arqumenti bu arqumentləri küncə sıxışdırıb: “İndi deputatların əksəriyyəti yenə də təklif edir ki, magistr və doktorantura pilləsində təhsil alanlara hərbi çağırışdan möhlət hüququ verilsin”.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

“İnsan kapitalı da önəmlidir”

ABŞ-ın Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev hərbi çağırışdan möhlətin yalnız tibb ixtisasına aid olunmasını diskriminasiya sayır.

Gözlə

No media source currently available

0:00 0:01:52 0:00
Direct-ə keçid

Onun fikrincə, bakalavr pilləsini bitirən məzun əsgərliyə gedirsə, hərbi xidmət müddətində əldə etdiyi biliklər yaddan çıxır və bakalavr məzunu əsgərlikdən qayıdandan sonra imtahan verməyə yenidən hazırlaşmalıdır:

“Bu da vaxt itkisidir, ona görə də hərbi xidmətdən dönən bakalavrların çoxu magistraturaya getmir”.

Bəxtiyar Hacıyev “ölkənin müharibə şəraitində olması” arqumentini qəbul etmir, deyir ki, cavan, təcrübəsiz gənclərdənsə, peşəkarlardan ibarət ordu yaradılmalıdır:

“Müharibə şəraitində belə bir orduya daha çox ehtiyac var. Tələbələr üçün isə bir, ya iki il ərzində bir-iki aylıq hərbi təlim keçirilə bilər. Müharibə şəraitində olan ölkə bütün resurslardan istifadə etmək istəyirsə, insan kapitalına da önəm verməlidir”, deyə müsahibim vurğulayır.

Vurğun Əyyub
Vurğun Əyyub

Bunun arxasında şəxsi maraqlar dayanır?

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Vurğun Əyyub təhsildə fasilə yaranmasının tərəfdarı deyil, nə tibb, nə də digər ixtisaslar üzrə.

Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

Onun fikrincə, təhsilin yuxarı pilləsində hərbi xidmətdən möhlət hüququnun yalnız tibb ixtisasına verilməsi şəxsi maraqlara xidmət edə bilər:

“Möhlət hüququnun tanınması müsbət addımdır, xaricdə tibb təhsili alan sonra yaxşı bir kadr kimi ölkəyə qayıdacaq. Ancaq bununla belə düşünürəm ki, bu hüququn yalnız bir ixtisasa verilməsinin arxasında şəxsi maraqlar durur və bu, araşdırılmalıdır”.

Vurğun Əyyub ona diqqət çəkir ki, xaricdə özəl yollarla bakalavr pilləsində oxuyanlara hərbi çağırışdan möhlət hüququ verilmir. O qeyd edir ki, hökumət dövlət proqramından kənar xaricdə təhsil alanların sonradan ölkəyə qayıtmayacağına əsaslanır: “Halbuki, dövlət proqramı əsasında təhsil alanların da qayıdıb iş tapma problemləri olur”, təhsil eksperti vurğulayır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)

İlham Əliyev Ermənistanı ittiham etdi
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək
Günün əsas hadisələri Azadlıq Radiosunda (23 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (23 may)

"Dünyanın Azərbaycan qaçqınına marağı azalır"

XS
SM
MD
LG