Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Sargsyan: «Əliyev etiraz etmədi»


Sargsyan və Əliyev
Sargsyan və Əliyev

►"Yaxşı vəziyyət deyil, ancaq bu, real vəziyyətdir"

Rəsmi Yerevan Azərbaycan və Ermənistan prezidentlərinin iyunda baş tutacaq növbəti görüşünə qədər ATƏT-in atəşkəs rejiminin monitorinqini aparmasını təklif edib.

*Youtube Kanalımıza abunə olmaq məsləhətdir - yeni video, açıqlamalar

Bunu erməni jurnalistlərinə Vyana görüşündən qayıdan Ermənistan prezidenti Serzh Sargsyan deyib.

Sargsyan deyib ki, bu hər iki tərəfdən konstruktiv yanaşma olacaq.

"Biz danışıqlar barədə danışmadıq. Deyildi ki, yaxın gələcəkdə yeni bir görüş olsa, yaxşı olar. Ancaq biz hər hansı şərtlər barədə danışmadıq. Biz atəşkəs rejiminə əməl olunması barədə danışdıq. Mən görüşün monitorinqə başlanmasından sonra keçirilməsi barədə istəyimi ifadə etdim," deyə o bildirib.

Mayın 16-da Vyanada keçirilən görüşdən sonra ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri bəyan ediblər ki, Azərbaycan və Ermənistan prezidentləri zorakılıq riskinin azaldılması məqsədilə ən qısa zamanda ATƏT-in insidentlərin araşdırılması ilə bağlı mexanizmlərinin tətbiq edilməsi barədə razılığa gəliblər.

Serzh Sargsyanın sözlərinə görə, İlham Əliyev etiraz etməyib.

"Azərbaycan prezidenti həmsədrlərə və mənə baxaraq deyir ki, apreldəki hərbi əməliyyatlara başlayan tərəf Ermənistan olub. Əminəm ki, siz mənim cavabımı təsəvvür edirsiniz. Azərbaycan prezidenti bu gün onlarla dəfə təkrar edib ki, Azərbaycan bu problemi yalnız və yalnız sülh yolu ilə həll etmək istəyir. Yaxşı vəziyyət deyil, ancaq bu real vəziyyətdir," -deyə Sargsyan bildirib.

Görüşün nəticələrindən razı qalan Ermənistan prezidenti eyni zamanda deyib ki, əgər Azərbaycan vədinə əməl etməsə, atəşkəsi pozsa, Ermənistan buna adekvat cavab verəcək. "Mən düşünmürəm ki, günü sabahdan pozuntulara son qoyulacaq, ancaq mən ümid edirəm ki, vəziyyət bu vaxta qədər olduğundan daha sakit olacaq," deyə Serzh Sargsyan qeyd edib.

Görüşün keçirildiyi günün gecəsi cəbhə xəttində 1 erməni 1 Azərbaycan əsgərinin həlak olması haqda xəbər yayılıb.

Həmçinin izləyin: AzadlıqRadiosunun Youtube Kanalında baxın:

XS
SM
MD
LG