Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Ermənistanda Nazarbayev küçəsinin adı dəyişdirilir


►"Nazarbayev deyir ki, ermənilər onların qardaşlarını öldürürlər. Türk azərbaycanlılar onların qardaşlarıdırsa ermənilər də düşmənləri olmalıdır?"

Ermənistanın Şirak vilayətindəki Arıç kəndinin şurası 10 ildən bəri Nursultan Nazarbayevin adını daşıyan küçənin adını dəyişdirmək fikrindədir. Artıq bir neçə gün əvvəl küçənin adını göstərən lövhə çıxarılıb. Sakinlər Qazaxıstan prezidentinin aprelin ilk günlərində yenidən gərginləşmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən qəzəbləniblər.

Bundan əvvəlsə Nazarbayev israr etmişdi ki, Ermənistan Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul edilsin.

Kəndin muxtarı Roland Nazaryan deyir ki, təmas xəttində dörd günlük hərbi əməliyyatlar Nazarbayevin "əsl üzünü göstərdi". O, Azadlıq Radiosunun erməni xidmətinə belə deyib: (Youtube-dakı video erməni dilindədir)

"Biz kənd sakinləri ilə birlikdə qərara gəldik ki, kənd şurası səviyyəsində Nazarbayevin adını küçədən yığışdıraq. Çünki bəlkə də bütün respublikada təkcə Arıçda onun adına küçə var. Bizə deyirlər ki, Qazaxıstan bizə dost olan ölkədir. Ancaq Nazarbayev deyir ki, ermənilər onların qardaşlarını öldürürlər. Türk azərbaycanlılar onların qardaşlarıdırsa ermənilər də düşmənləri olmalıdır? Ona görə daha onun adına küçə yoxdur."

Avrasiya İqtisadi İttifaqı üzvlərinin hökumət başçılarının aprelin 8-də Yerevanda keçirilməli olan görüşü məhz Qazaxıstanın təklifi ilə Moskvaya keçirilmişdi.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

İslam Əməkdaşlıq Təşkilatının Nursultan Nazarbayevin də iştirak etdiyi son sammitində qəbul edilmiş yekun sənəddə Ermənistan Dağlıq Qarabağda münaqişənin eskalasiyasında ittiham edilir. Sənəddə "Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları" pislənilir və Azərbaycana dəstək ifadə olunur. İƏT Sammiti Ermənistan qoşunlarının Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edib.

Arıç kəndinin kitabxanasında səfirliyin dəstəyi ilə açılmış Qazaxıstan guşəsi də var imiş. Etiraz əlaməti olaraq bu guşə də yığışdırılıb. İlk olaraq Nazarbayevin böyük portreti divardan çıxarılıb.

Kənd muxtarının sözlərinə görə portretlər, kitablar və qazax mədəniyyətinə aid nümunələr bir qutuya yığılıb Qazaxıstanın ölkədəki səfirliyinə göndəriləcək.

"Biz onları səfirliyə göndərəcəyik, qoy onları öz divarlarına assınlar. Biz bunu, necə deyərlər, etiraz əlaməti olaraq edirik, qoy bu portretlər onlarda qalsın," deyə o bildirib.

Arıç kəndinin sakinləri elə əvvəldən də erməni kilsəsinə aparan küçənin adının Nazarbayev küçəsi olmasından narazı olduqlarını deyirlər. Onların sözlərinə görə, bu gün nəhayət ki, bu səhv düzəldilib. Bir kənd sakini deyib ki, küçəni adlandırmaq üçün çoxlu yaxşı erməni adı var. Başqa bir kənd sakini isə deyib ki, əgər kənddə bu adda küçənin olması vacibdirsə qoy bu adı başqa küçəyə qoysunlar. "Ancaq məbədə aparan yol müqəddəs olmalıdır," deyə o əlavə edib.

Buna da bax: Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?

Rusiya Ermənistandan uzaqlaşır, yoxsa...?
Gözlə

No media source currently available

0:00 0:15:37 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel Radio proqramında

Lavrov Yerevana gedir. Erməni ekspertlər yaman narahatdır
Azərbaycan 163-cü yerə düşüb…
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel TV proqramında

Dünyada qeyri-adi etiraz aksiyaları
“Neft yenə ucuzlaşacaq”
XS
SM
MD
LG