Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Hicablı Amerika idmançısı tarix yazır


Ibtihaj Muhammad (CNN)
Ibtihaj Muhammad (CNN)

►O, Olimpiya oyunlarında ABŞ-ı təmsil edəcək

CNN.com yazır ki, Amerikalı qılıncoynadan Ibtihaj Muhammad hələ Olimpiya medalını qazanmayıb, amma artıq tarix yazmağa başlayıb.

30 yaşlı Ibtihaj Muhammad 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarında hicabla iştirak edəcək ilk Amerika idmançısı olacaq.

Bu bir neçə gün Muhammad üçün çox əlamətdar olub. Keçən həftə Afinada keçirilən yarışda qazandığı qələbələr onun ABŞ-ın Olimpiya komandasına daxil olmasına yol açıb. Üstəlik çərşənbə günü Prezident Barak Obama Baltimor məscidində etdiyi çıxış zamanı onu xüsusi olaraq alqışlayıb.

Obama Muhammaddan xahiş edib ki, ayağa qalxıb alqışları qəbul etsin və onu daha da həvəsləndirmək üçün bir neçə söz deyib. "Evə qızıl medalla qayıt..."

Prezident Obama çıxışdan əvvəl bir neçə müsəlman icması lideri ilə dəyirmi masa ətrafında İslamın vəziyyəti və islamofobiya mövzusunda müzakirə edib. Həmin liderlər arasında Muhammad da olub.

"Hal-hazırda müsəlman qadın olmaq çox çətindir. Bizim ölkəmizdə yaşayan bütün müsəlmanlar üçün. İndi biz maraqlı yol ayrıcındayıq. Hər şey daha pis ola bilər," deyə İbtihaj Muhammad CNN-ə bildirib.

O, müsəlmanlara qarşı mənfi ritorikanın dəyişməyəcəyi halda Chapel Hilldə baş vermiş terror hadisəsi kimi hadisələrin daha çox olacağından narahatlıq ifadə edib. 2015-ci ilin fevralında baş vermiş bu hadisə zamanı üç müsəlman tələbə qonşuları tərəfindən güllələnmişdi. Bir çox Amerika müsəlmanları bunun nifrət zəminində törədilmiş cinayət olduğunu iddia edirlər.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Muhammad deyib ki, o, təkcə özünün yox, həm də amerikalı həmvətənlərinin arzularını təmsil etdiyinə görə şərəf duyur. O ümid edir ki, gələcək idmançılar, xüsusən də müsəlman amerikalılar üçün nümunə ola biləcək.

Muhammad uşaqlıqdan Williams bacıları və onların tenis kortunda nümayiş etdirdikləri əminlikdən ilham aldığını deyir.

O deyir ki, müsəlman amerikalı valideynlər idmançı olmağı prioritet hesab etmirlər. Onlar uşaqlarını daha çox həkim, ya da hüquqşünas görmək istəyirlər.

İdmançı qılıncoynatmanın ənənəvi olaraq ağ irq nümayəndələrinin iştirak etdiyi idman növü olduğunu, Afrika mənşəli amerikalı müsəlman qadın olaraq bu idman növü ilə məşğul olmaqla bu sahəyə dəyişiklik gətirdiyini deyir.

XS
SM
MD
LG