Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Bakı, hanı sənin avtobusların?


►Mənzil başına çatmaq üçün bəzən gərək 2-3 marşrut dəyişəsən

Son bir ildə “təkmilləşdirmə və optimallaşdırma” işləri nəticəsində Bakıda avtobusla sərnişin daşınması xətlərinin sayı 217-dən 167-yə düşüb.

Sərnişinlər isə deyirlər ki, bu cür “yenilik” sayəsində indi mənzil başına çatmaq üçün bəzən 2-3 marşrut dəyişməli olurlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Elnur Abdullayev “Respublika” qəzetinə son müsahibəsində deyib ki, hazırda Bakı şəhərində 69 şəhərdaxili, 98 şəhərətrafı və qəsəbələrarası avtobus marşrutu xidmət göstərir.

Tarif Şurasının 5 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Bakıda 217 avtobus marşrutu üzrə sərnişindaşıma qiymətləri müəyyən olunub. Sakinlər narazılıq edirlər ki, marşrut xətlərinin kiçildilməsi və uzadılması, eləcə də ləğv edilməsi üçün şəhər İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyi onların rahatlığını və rəyini nəzərə almır.

DANX rəsmisi müsahibəsində bildirib ki, ötən il yaradılmış “BakuBus” MMC-nin avtobusları nəzərə alınmadan, digər daşıyıcılar avtobus parkını yenilənməsi məqsədilə bu il 20 ədəd “İsuzu” Citybus və 27 ədəd “Karsan” avtobusları alıb gətirərək marşrutlara buraxıblar.

Buna da bax: Keçmiş baş nazirə həbs cəzası

Bakubus avtobusları
Bakubus avtobusları

“BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova-Məmmədova isə AzadlıqRadiosuna deyib ki, marşrut xətləri müəyyən edildkcə gələn il bu dövlət sərnişindaşıma şirkəti balansında olan bütün 302 ədəd avtobusu sərnişinlərin ixtiyarına verə biləcək.

“Hazırda biri “Ekspress” olmaqla (“28 May” stansiyası – Beynəlxalq hava limanı) 8 marşrut üzrə işləyirik. Hədəf şəhərin mərkəzi ərazilərini əhatə etməklə xətlərin sayını 14-ə çatdırmaqdır. Əgər indi gündəlik 172 ədəd avtobus xəttə buraxılırsa, gələn il bütün avtobuslardan istifadə edə biləcəyik”.

Nuridə Allahyarova-Məmmədovanın sözlərinə görə, şirkətin tam gücü ilə fəaliyyət göstərməsinə mane olan digər bir problem Bakının küçə və döngələrinin ölçüləri ilə bağlıdır:

“1 saylı marşruta buraxdığımız 18 metrlik avtobus neçə vaxtdır ki, test rejimində işləyir. Yollardakı avtomobil sıxlığı, küçələrin darlığı və s. nəticəsində bu tipli avtobuslarn manevrliyi məhdudlaşır. Halbuki, avtobus parkımızda daha bir neçə iri ölçülü avtobus var”.

“BakuBus” sözçüsü onu da deyib ki, digər daşıyıcılardan fərqli olaraq, ödəniş sistemi nağd deyil, ödəmə kartları ilə olduğu üçün şirkətin avtobuslarında sərnişin sıxlığı aşağıdır. Amma bu meyil getdikcə azalmağa doğru gedir. Noyabr ayında “BakuBus” avtobuslarına minənlərin sayı oktyabra nisbətən 35 faiz artıb.

Buna da bax: Putindən “Dünyanı dəyişdirən sözlər”

Hələlik hər şeydən razı olan sürücülərdir. “BakuBus” sürücüləri digər şirkətlərdə çalışan həmkarlarından fərqli olaraq, sərnişin üçün “tər tökmür”, yəni 8 saatlıq iş rejimində çalışırlar. Maaşları da o qədər də pis deyil – ayda 600 manat.

Mütəxəssislər deyirlər ki, Bakı şəhərində marşrutların müəyyən olunmasında qanunvericiliyin tələblərinə əməl olunmur. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”na görə, yeni şəhərdaxıli avtobus marşrutları tənzimləyici dövlət qurumunun daşıyıcılar arasında təşkil etdiyi müsabiqə əsasında müəyyən olunmalıdır. Amma bu cür qərarlar “yuxarıdan” verilir.

Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 21-də imzaladığı “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” fərmana əsasən, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və dövlət nəzarətini həyata keçirmək üçün Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb. Şəhər nəqliyyatı sahəsində yığılıb qalan problemlərin həlli bu quruma tapşırılıb.

5 nömrə gecikdi, tıxac yarandı
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00

XS
SM
MD
LG