Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:37

Maaşını ala bilməyən işçilər yenidən aksiya keçirir


Fəhlələrin etirazı
Fəhlələrin etirazı

-

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat»ın işçiləri noyabrın 17-də yenidən şirkətin Dərnəgüldəki ofisinə doğru yürüş edib.

Bu barədə AzadlıqRadiosuna işçilərdən biri – Rüstəm Musayev məlumat verib. Deyir ki, hazırda 150-yə yaxın işçi «Azərinşaat»ın binası önündədir:

««Elit» Ticarət Mərkəzinin qarşısından şirkətin ofisinə doğru yürüş etməyə çalışdıq. Polis qarşımızı kəsdi, imkan vermədi. Bizi yığıb gətirdilər «Azərinşaat»ın həyətinə. İndi «Azəryolservis»in iki əməkdaşı buradadır, bizimlə söhbətə gəliblər. Yenə vəd verirlər, amma biz artıq bu vədlərə inanmırıq. Verdikləri 10 günlük vəd artıq ayın 14-də başa çatıb».

Rəhbəri bir müddətdir həbsdə yatan və iflas olduğu bildirilən «Azərinşaat» «Azəryolservis»in sifarişlərini yerinə yetirib. Buna görə də aksiya iştirakçıları məvaciblərini sifarişçinin ödəməsini tələb edirlər.

SƏDRİN GƏLMƏSİNİ İSTƏYİRLƏR

Maaşlarını ala bilməyən fəhlələr müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər.

30 oktyabr aksiyası zamanı «Azəryolservis»in departament müdiri Rəcəb Heydərov AzadlıqRadiosuna bildirmişdi ki, müvafiq maliyyə vəsaitinin şirkətə daxil olmasını gözləyirlər ki, işçilərin də maaşlarını verə bilsinlər.

«Azəryolservis»in mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, onlar, sadəcə, sifarişçidir:

««Azərinşaatservis» də podratçı şirkət olaraq bizim müəyyən sifarişlərimizi yerinə yetirir. Biz isə bu sifarişlərə uyğun olaraq «Azərinşaatservis»ə vaxtında ödənişlər etmişik və burda heç bir problem yoxdur».

Aksiya iştirakçısı Rüstəm Musayev isə deyir ki, indi onlar həm də «Azəryolservis»in rəhbəri Saleh Məmmədovla görüşməyi tələb edirlər. Dediyinə görə, tələbləri yerinə yetirilməyənədək, aksiyanı dayandırmayacaqlar.

XS
SM
MD
LG