Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

Məhkəmə ANS-lə bağlı qərarını açıqladı


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli

►“Yaxşı olardı ki, Vahid Mustafayevin, Mirşahinin şəklini qoyub, müqayisə aparaydılar”

"Teleradio Şurası sədrinin verilişin dayandırılması barədə təkbaşına qərar verməsi qanun pozuntusudur."

Noyabrın 12-də Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasdan.

“2 DƏQİQƏDƏN ÇOX OLMAMALIDIR”

ANS telekanalı "Salam, Azərbaycan" verilişinin 10 günlük dayandırılması barədə Teleradio Şurasının 5 oktyabr 2015-ci il tarixli qərarını icra etsə də, həmin qərarın hüquqi müstəvidə ləğvi üçün mübarizəni davam etdirir.

Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyilə keçirilən məhkəmə iclasında ANS-in maraqlarını müdafiə edən Sevda Məhərrəmova bildirib ki, Teleradio Şurasının sözügedən qərarı qanunsuzdur və ləğv olunmalıdır:

"Bu qərarla Mülki Prosessual Məcəllənin tələbləri pozulub. Teleradio Şurasının sədri özü verilişin dayandırılması barədə qərar verib ki, bunun özü də qanun pozuntusudur. Çünki bu cür qərarlar təkbaşına verilə bilməz, kollegial şəkildə qəbul olunmalıdır. Eyni zamanda, qərarda "Salam Azərbaycan" proqramının konkret hansı pozuntulara görə dayandırıldığı öz əksini tapmayıb. Teleradio Şurası iddia edir ki, verilişdə şərəf və ləyaqətin pozulması hallarına yol verilib. Amma konkret kimin şərəf və ləyaqətinin alçaldıldığı göstərilməyib".

Vahid Mustafayev
Vahid Mustafayev

Teleradio Şurasının nümayəndəsi Nemət Cavadov isə çıxışında ANS-in "Reklam haqqında" qanunu pozduğunu, bu telekanalda Nuşirəvan Məhərrəmlinin şərəf və ləyaqətinin bir neçə dəfə alçaldıldığını bildirib.

Onun sözlərinə görə, "Reklam haqqında" qanunda göstərilib ki, verilişdə sponsorlar haqqında məlumatlar iki dəqiqəni keçməməlidir. "Salam, Azərbaycan" verilişinin müxtəlif buraxılışlarında isə bu müddət bir sıra hallarda 3-4 dəqiqə olub.

Buna da bax: T.Kərimli: Hakimiyyətə alternativ yoxdur

“MİLLİ MARFOZA”

Nemət Cavadov konkret tarixləri də göstərib:

"Bundan başqa Teleradio Şurasının sentyabrın 30-da ANS-də iki verilişin müvəqqəti dayandırılması barədə qərarından sonra "Salam, Azərbaycan" verilişində milli geyim və milli-mənəvi dəyərlər mövzusunda müzakirələr zamanı XIX əsrə aid qeyri-müəyyən kişi ilə Nuşirəvan müəllimin şəklini yanaşı qoyub müqayisə aparıblar. Yaxşı olardı ki, Vahid Mustafayevin (ANS Şirkətlər Qrupunun prezidenti-red.), Mirşahinin (ANS Şirkətlər Qrupunun vitse-prezidenti-red.) şəklini qoyub, müqayisə aparaydılar. Yaxud ANS-in efirində "Milli marfoza" adlı mahnıda Nizami Gəncəvinin poemasının bir hissəsini Nuşirəvan müəllimə həsr edərək,

"Ağzı hər an hazırdı söyüşə qışqırmağa,"

"TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa"

- kimi ifadələr səsləndiriblər. Burada işgüzar nüfuza zərbə vurmaq, qərəz var.

Biz istəsəydik, ümumiyyətlə, ANS-in yayımını dayandıra bilərdik

Əslində, biz humanizm nümayiş etdirərək, verilişin yayımını 10 günlük dayandırdıq. Biz istəsəydik, ümumiyyətlə, ANS-in yayımını dayandıra bilərdik", - deyə Teleradio Şurasının nümayəndəsi bildirib.

ANS-in digər nümayəndəsi Muxtar Mustafayev isə Teleradio Şurasının 5 oktyabr 2015-ci il tarixli məlum qərarla səlahiyyət həddini aşdığını deyib. Həmçinin əlavə edib ki, əgər şikayətləri təmin olunmasa, bu iş Avropa Məhkəməsi müstəvisinə çıxarılacaq.

Çıxışlardan sonra məhkəmə müşavirəyə gedib və bir neçə dəqiqədən sonra geri qayıdaraq ANS-in şikayətinin təmin olunmadığını elan edib.

XS
SM
MD
LG