Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Valyuta ehtiyatlarının «əriməsi» kapital axını əlamətidir


Rövşən Ağayev.
Rövşən Ağayev.

-

Hökumət cari xərcləri ödəmək üçün 2015-ci ilin 9 ayında Neft Fondunun xaricdə saxlanan ehtiyatlarından 0.9 milyard dollar xərcləyib.

İqtisadçı Rövşən Ağayev hesab edir ki, bu ildən ölkənin valyuta ehtiyatları təkcə Milli Bankın (AMB) hesablarında yox, ARDNF-də də azalacaq.
Bu ilin oktyabrında Milli Bankın valyuta ehtiyatları 180 milyon dollar azalıb. Bu, ötən aylardakından xeyli azdır. İl ərzində valyuta bazarı AMB-nin valyuta ehtiyatlarının $8.3 milyardını«əridib». AMB-nin valyuta ehtiyatlarının azalma tempi ARDNF resurslarının ölkəyə cəlb edilməsi hesabına saxlanıldı. Neft pulları manata konvertasiya olundu və dövlət büdcəsinin öhdəliyinin icrası üçün istifadə edildi. «Hökumət bu addımı atmasaydı, AMB-nin valyuta ehtiyatları $5.9 mlrd.-dan çox olmazdı» - iqtisadçı bildirir.

AMB-nin valyuta ehtiyatları əhalinin bank ehtiyatlarının həcmindən (7.6 milyard manat) də azdır. Noyabrın əvvəli üçün AMB-nin valyuta ehtiyatları 6 milyard 834.6 milyon dollardır.

İqtisadçılar bildirir ki, ölkədə likvid manat kütləsi yoxdur. Daşınmaz əmlak şəklində böyük resurslar var. Onlar satış və xarici valyutaya dəyişilməklə ölkədən kapital axınına xidmət edir.

XS
SM
MD
LG