Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

"Gömrükdə dava-dalaş ərşə qalxacaq"


Astara gömrük yoxlaması
Astara gömrük yoxlaması

►“Bu fərmandan Azərbaycanın xırda və orta sahibkarları itirəcək"

"Sovet dövründəki kimi ev alveri artacaq"

Artıq hər kəs ölkəyə 10 min dollar dəyərində mal gətirə və bunun üçün dövlət rüsumu ödəməyə bilər. Ölkə prezidenti İlham Əliyevin imzaladığı son fərmanda belə deyilir.

Bəzi media orqanları bu fərmanı “orta və xırda sahibkarlığın xilası” kimi də qiymətləndirib. Əslində görünən nədir? Bu fərmanın biznesə faydası dəyəcəkmi?

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır:

– Əslində bu fərmanın kiçik və orta biznesə, sahibkarlara heç bir aidiyyatı yoxdur, çünki fərmanda açıq-aşkar göstərilib ki, şəxsi istifadə üçün gətirilən mallar nəzərdə tutulur və bunun kommersiya məqsədinə aidiyyatı yoxdur. Onu da qeyd edim ki, əslində bu fərman orta və xırda biznesə ciddi problemlər yaradacaq.

Buna da bax: MTN-in bir neçə zabiti işdən çıxarılıb

Natiq Cəfərli
Natiq Cəfərli

– Hansı problemləri yaradacaq?

– Əvvəlcə fərmanın üstünlüyündən danışım: Bu fərmana qədər 1500 dollara qədər olan icazəli mal daxil ola bilərdisə, artıq vətəndaş 10 min dollarlıq mal gətirə bilər. Məsələn, mebel Türkiyədə, Gürcüstanda, hətta Rusiyada daha ucuzdur. Kimsə gedib mebeli artıq o ölkələrdən gətirəcək, ya da məişət avadanlığı alacaq, gömrük rüsumu ödəmədən ölkəyə gətirəcək. Amma bu, daxili bazarda mebel, məişət avadanlığı satan orta və xırda sahibkarlığa zərbə vuracaq, çünki müştəri azalacaq. Bu isə iş yerlərinin qapadılmasına qədər gətirib çıxaracaq.

Buna da bax: “MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur..."

– Bəs bu fərman avtomobilləri, aksiz mallarını, zinət əşyalarını da əhatə edirmi?

– Xeyr. Avtomobil, tütün və spirtli içkilərə, o cümlədən əyarı olan zinət əşyalarına aid deyil. Bu malları gətirənlər üçün həmin məhdud qaydalar qüvvəsindədir.

Əgər bir vətəndaş özü üçün 10 minlik mebel gətiribsə, sonra valideynlərinə, qohumlarına yenə də 10 minlik mebel gətirə bilərmi? Gömrük müfəttişi necə müəyyən edəcək ki, mən 10 minlik mebeli özümə gətirmişəm, ya satmağa? Bu suallara cavab olmasa, gömrükdə müfəttiş – vətəndaş qarşıdurması ərşə çıxacaq.

– Kommersiya məqsədini əhatə etməyən belə bir fərmanın verilməsində məqsəd nədir, sizcə?

– Əslində sosial şəbəkələrdə, hökumətə yaxın saytlarda gömrükdə yaradılan süni problemlər, məsələn, şəxsi istifadə üçün mobil telefon və ya başqa əşyaların gətirilməsinə qoyulan qadağalar, yəqin, dövlət başçısının diqqətinə çatdırılıb. Bu fərman da sadə vətəndaşların şəxsi istifadəsi üçün istədiyi malı ölkəyə sərbəst gətirməsinə şərait yaradır. Ancaq burda bir əmma var. O da budur ki, fərmanda göstərilməyib, vətəndaş 10 min dollarlıq malı bir həftədən sonra da gətirə biləcəkmi? Əgər bir vətəndaş özü üçün 10 minlik mebel gətiribsə, sonra valideynlərinə, qohumlarına yenə də 10 minlik mebel gətirə bilərmi? Gömrük müfəttişi necə müəyyən edəcək ki, mən 10 minlik mebeli özümə gətirmişəm, ya satmağa? Bu suallara cavab olmasa, gömrükdə müfəttiş – vətəndaş qarşıdurması, dava-dalaşı ərşə çıxacaq.

Buna da bax: İranda məhərrəmlik- [Fotolar]

– Natiq bəy, vətəndaşların yaxın ölkələrdən ucuz qiymətə mebel, məişət avadanlığı almaq imkanı, sizcə, ölkədə qiymətlərin enməsinə təsir edə bilərmi?

– Mebel, məişət-elektronika bazarına ciddi təsir göstərəcəyi şəksizdir. Qiymətlər enəcək, ancaq həm də daxili bazarda bu sahələrdə çalışan iş adamlarının dövriyyəsi getdikcə azalacaq, qazancı düşəcək, onlar icarə haqlarını, maaşları verə bilməyəcək, bir çoxları öz işlərini qapatmalı olacaqlar. Onu da deyim ki, sovet dövründəki kimi ev alveri artacaq. Yəni kimsə gedib mal gətirəcək və evində satacaq. Fərmandan ən çox Gürcüstan, Türkiyə və Rusiyanın iş adamları, satış mərkəzləri, orta və kiçik sahibkarları qazanacaq, məhz onlara fərman ciddi dəstək olacaq.

XS
SM
MD
LG