Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:39

Fiziki şəxslərə gömrükdə «yaşıl işıq»


Astara gömrüyü.
Astara gömrüyü.

-

Prezident İlham Əliyev «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında» fərman imzalayıb. Fərmana görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və ümumi gömrük dəyəri 10 min ABŞ dollarının ekvivalentini aşmayan mallar sərhəddən keçərkəngömrük ödənişindən azad ediləcək. Yeganə şərt həmin malların istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmamasıdır. Bu fərmanadək ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalentindən artıq olmayan mallar gömrük ödənişindən azad idi.

Daha bir dəyişiklik odur ki, indən belə vətəndaşı müşayiət edən hər yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 ABŞ dollarından 2 min ABŞ dollarınadək artırılacaq. Dəyişikliklər aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur.

«RÜŞVƏT SİSTEMİNİ ZƏIFLƏDƏCƏK»

İqtisadçı-ekspert Qubad İbadoğlu deyir ki,fərmandan sonra gömrüyə bəyan ediləcək məbləğ əvvəlkindən, azı, 6.6 dəfə çoxdur: «Bu, sərhəd buraxılış məntəqələrində «yaşıl kanal»dan yararlanan vətəndaşların say və rahatlığını artıracaq. Üstəlik, indiyədək mövcud rüşvət sistemini də zəiflədəcək. Sözügedən fərman fiziki şəxslərin də xarici ticarət, xüsusən idxal əməliyyatlarında iştirakına stimul verəcək».

«HÜQUQİ ŞƏXSLƏRƏ DƏ ŞAMİL EDİLSİN»

Ekspertin fikrincə, fərmanın icrası orta və uzunmüddətli dövrdə istehlak bazarındakı idxal malları qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək: «Bu fərmanı bəyənir, mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram».

XS
SM
MD
LG