Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Məhkəmə nurçulara "yox" dedi


İllüstrasiya
İllüstrasiya

►Oktyabrın 13-14-də Bakı Apellyasiya Məhkəməsi nurçuluğu təbliğ etməkdə ittiham olunaraq 1500-2000 manat arasında cərimələnmiş 6 nəfərin şikayətinə baxıb.

ŞİKAYƏTLƏR TƏMİN OLUNMAYIB

Vəkil Əsabəli Mustafayev AzadlıqRadiosuna deyir ki, onlar həbsin qanunsuzluğundan, vəkillə təminat, ədalətli araşdırma hüququnun, din və vicdan azadlığının pozulmasından şikayət ediblər. Ancaq məhkəmə şikayətlərini təmin etməyib.

Cərimə edilənlərdən yeddincisinin - Samir Ağayevin sənədi itdiyi üçün məhkəmə onun işinə baxmayıb:

“Yasamal rayon Məhkəməsi deyir ki, biz sənədi Apellyasiya Məhkəməsinə göndərmişik, ikinci də deyir ki, bizə heç nə gəlib çıxmayıb”, - vəkil bildirir.

Yada salaq ki, cərimə edilənlərdən 5-i Azərbaycan, ikisi Türkiyə vətəndaşı olub. Türkiyə vətəndaşları Şenol Mikdatın və Sunqur Nurulla 2000 manat cərimə olunmaqla dərhal – məhkəmə hökmü qüvvəyə minmədən ölkədən deportasiya ediliblər. Vəkilin sözlərinə görə, bunun özü də qanun pozuntusudur.

Buna da bax: “Natiq Cəfərli 50 min manat ödəməlidir”

YERLİ VƏTƏNDAŞLAR 1500 MANAT CƏRİMƏLƏNİB

Səyavuş Bəkirov, Zəkəriyyə Məmmədov, Lətif Rəhimov, Fəxrəddin Xanlayev, Samir Ağayev 1500 manat cərimə ediliblər.

Ötən ay Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbələrinin keçirdikləri birgə əməliyyat zamanı “Nurçu” dini təriqətini təbliğ etmək ittihamı ilə 85 nəfər saxlanmışdı.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülmüşdü.

Yeri gəlmişkən, cərimə edilənlərdən biri Zəkəriyyə Məmmədov oktyabrın 8-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı İsmayil Məmmədov və daha üç “nurçu” Eldəniz Hacıyev, Şahin Həsənov hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 illik həbs cəzası alıblar.

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirləndirilirlər.

XS
SM
MD
LG