Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Suriyada hər Rusiya əsgərinə - günə 43 dollar


Arxiv fotosu: Müxalifətdə olan Azad Suriya ordusunun döyüşçüləri Rusiya istehsalı olan vertolyotu ələ keçiriblər. 11 avqust 2013
Arxiv fotosu: Müxalifətdə olan Azad Suriya ordusunun döyüşçüləri Rusiya istehsalı olan vertolyotu ələ keçiriblər. 11 avqust 2013

Rusiya mətbuatı yazır ki, Suriyada əməliyyatlar keçirən rus qoşunu standartdan yüksək günəmuzd alırlar. “Vedomosti”nin məlumatına görə, zabitlər gündəlik 62, əsgərlər 43 dollar gündəlik muzd alır. Rəsmilər Suriyada 1500 rus hərbçisinin olduğunu bildirir.

Sankt-Peterburq Əsgər Anaları Komitəsinin rəhbəri Ella Polyakova xatırladır ki, hökumətin xaricdəki münaqişələrə cəlb edilən hərbçiləri aldatması ilk dəfə deyil və Suriyadakı müharibə də istisna olmayacaq:

- Əlbəttə, bu qərar bizi çox narahat edir. Biz gürcü müharibəsindəki təcrübəni xatırlayırıq, o vaxt çağırışçılar ölkə qanunvericiliyinə zidd olaraq Rusiya sərhədlərindən kənarda döyüşməyə göndərildi. İndi təəssüf ki, bunun qanunla tənzimlənməsi mümkündür. Əfqanıstanı xatırlayaq- adamlar hökumətin məsuliyyət daşımadığı ağır travmalar aldı. Fikrimcə, terrozimlə müharibə təhlükəsizlik qüvvələrinin və diplomatların işidir, hərbçilərin yox.

- Vladirmir Putin söz verib ki, rus həbçiləri quru əməliyyatında iştirak etməyəcək. Bu məsələdə Putinə etibar etmək olarmı?

- Kaş ki rus hərbçiləri quru əməliyyatda iştirak etməsin, amma bizim Əfqanıstan, Gürcüstan, Ukrayna kimi kədərli təcrübəmiz var. Bütün bunlar bizi çox narahat edir.

– Həmkarınız Valentina Melnikova deyir ki, Suriyada yaxşı günəmuzd verildiyi üçün həbçilər Suriya qrupuna düşmək üçün növbəyə durublar. Siz bununla razısınızmı?

Ella Polyakova, 26 yanvar 2015
Ella Polyakova, 26 yanvar 2015

- Bəli, belə problem var. Təəsüüf ki, bizim cəmiyyətimizdə pul insan həyatından qiymətli tutulur. Bu, insanların həddindən artıq yoxsulluğu ilə bağlıdır. Bir tərəfdən, bu hərbçilər müqavilə imzalayanda onlar görünür, ümid edirlər ki, yaşayayacaqlar, həlak olmayacaqlar. Ancaq onlar ağır travma alanda və ya ailəyə cənazə gələndə, əlbəttə, hamı şok olur. “Biz belə danışmamışdıq”, - onlar belə deyirlər. Rusiyada yoxsulluğu və işsizliyi, Qafqazda yüksək doğum sayını və işsizliyi, pula görə müharibəni nəzərə alsaq, həqiqətən də biz ciddi problemlərlə üz-üzəyik.

- Hüquq müdafiəsi müstəvisində bu müharibənin inkişafı necə görünür? Dövlət hərbçilər, onların ailəsi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəkmi? Yoxsa maaşları və yardımı almaqda köməklik üçün hüquq müdafiəçilərinə müraciət ediləcək?

- Əslində mən çaşqınlıq içindəyəm. Çünki “əfqanları” necə aldatdıqlarını xatırlayıram, onlara deyirdilər ki, biz sizi ora göndərməmişdik. Çeçenistanda döyüşənləri necə aldatdılar. Rusiyada qanun birdi, amma onu tamam başqaları icra edirlər. Adamlar heç də həmişə anlamırlar ki, onlar hansı sənədi imzalayırlar, müqavilədə nə yazılır, yüksək hüquqi savadsızlıq və müdafiəsizlik – bunlar çox ciddi problemlərdir.

RUSLARIN 14 FAİZİ

“Levada Mərkəzi Sosioloqları” bildirir ki, rusların əksəriyyəti Rusiya qoşunlarının Suriyadakı hərbi münaqişəyə qoşulmasının əleyhinədir. Ekspert Stepan Qoncarov deyir ki, rəyi soruşulanların yalnız 14 faizi Rusiyanın Suriya müharibəsində iştirakını dəstəkləyir. Bununla belə, onlar Rusiyanın qaçqın qəbul etməsini və yardım göstərməsini istəmir, amma onu da hesab edirlər ki, Moskva Bashar Assad rejimini dəstəkləməlidir:

- Bunu qeyd etmək lazımdır ki, ruslar ümumilikdə “İslam Dövləti”ni kifayət qədər güclü təhlükə sayırlar. Onlar əmindirlər ki, “İslam Dövləti” ilə mübarizə aparılmalıdır. Rəyi soruşulanların 36 faizi Bashar Assad hakimiyyətinin bu yöndəki addımını dəstəkləyir. Bu simpatiyanı da ölkə telekanallarındakı təbliğat yaradıb.

- Bəs ruslar bu münaqişə və onun səbəbləri barədə bilirlərmi?

- Respondentlərin 46 faizi hesab edir ki, Suriyada vətəndaş müharibəsi gedir. 32 faizi düşünür ki, Qərbin dəstəklədiyi terrorçular ölkənin qanuni hakimiyyəti ilə qanlı mübarizə aparır. Bu müharibəyə münasibətdə çoxları onu Suriyanın daxili problemi yox, dünyanın problemi kimi görür. Və müharibə qlobal geosiyasət səviyyəyə qalxıbsa, ABŞ buna müdaxilə edirsə, böyük ambisiyaları olan bir ölkə kimi bizim də müdaxiləmiz qaçılmazdır, - deyə düşünənlər var.

– Rusiyanın bu konfliktdə iştirakını bəyənənlər çoxdurmu?

- Ruslar birbaşa hərbi müdaxiləni çox ehtiyatla qiymətləndirirlər. espondetnlərin təxminən 67 faiz hesab edir ki, siyasi və diplomatik yardım göstərmək lazımdır. Ancaq birbaşa hərbi müdaxiləni rusların yalnız 14 faizi bəyənir.

– Putinin rolu necə qiymətləndirilir?

- Hesab olunur ki, Suriyada uğur ölkə rəhbərinin ətrafında sıx birləşməyə xidmət edəcək, onun beynəlxalq problemləri həll etməyə qadir şəxs imicini möhkəmlədəcək. Kiçik qələbə iltifatla qarşılanacaq, ancaq rus ordusunun ağır itki verdiyi müharibə olarsa, hansısa formada bu, ölkənin içinə sirayət edərsə, onda ölkə rəhbərinin avtoritetinə güclü zərbə dəyəcək. Belə bir hal Əfqanıstanda baş vermişdi və təxminən 60-70 faiz respondent hesab edir ki, Əfqanıstan hərbi cinayət idi.

- Siz birbaşa belə bir sual qoymuşdunuzmu: öz övladınızı Suriyaya döyüşməyə göndərərdizmi?

- Bizdə belə bir sual Donbasla bağlı olmuşdu. Çox az adam istəmişdi ki, onun qohumları, yaxınları, dostları Donbasda döyüşsün. Fikrimcə, Suirya ilə bağlı da eyni nəticə olacaqdı. Bu, tipikdir. Çünki rusların siyasətə münasibəti ancaq tamaşaçı münasibətidir:biz tamaşaçıyıq, biz baxırıq. Əgər baxdığımız səhnədə rus aviasiyası terroristlərin mövqelərinə bombalar yağdırırsa, qurban yoxdursa, bunu bəyənirik. Yox, mənzərə dəyişirsə, ölənlər, yaralananlar varsa, o zaman, əlbəttə, münasibət dəyişəcək.

XS
SM
MD
LG