Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Erməni roluna görə «Ən yaxşı aktyor» oldu...


Diplom.
Diplom.

-

Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyoru Xəyal Salahov «Bakı Oskarı Qısametrajlı Filmlər Festivalı»nın qalibi olub.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, aktyor Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş «Məriz» qısametrajlı filmində canlandırdığı erməni obrazınagörə festivalın «Ən yaxşı aktyor» nominasiyası ilə mükafatlandırılıb.

Gənc rejissor Elvin Abdullayevin quruluş verdiyi 11 dəqiqəlik film Qarabağ hadisələrinin 13 yaşlı Qeyrət adlı gəncin yaddaşında buraxdığı ağır psixoloji təsirindən bəhs edir.

Ümumilikdə 29 filmin daxil edildiyi festivalın əsas məqsədi gənc rejissorların işlərini dəyərləndirmək, onlara dəstək olmaq və yaradıcılıq fəaliyyətlərinistimullaşdırmaqdan ibarətdir.

XS
SM
MD
LG