Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:46

Hərbi toplanış: «Panikaya əsas yoxdur»- [audio]


Üzeryir Cəfərli
Üzeryir Cəfərli

Azərbaycanda ehtiyatda olan əsgər və zabitlərin hərbi toplanışlara çağırılması bir narahatlıq yaradıb ki, niyə çağırırlar, bəlkə ciddi nəsə var?

Gözlə

No media source currently available

0:00 0:11:29 0:00
Direct-ə keçid

Hərbi ekspert Üzeyir Cəfərli AzadlıqLive-a deyir ki, panikaya heç bir əsas yoxdur. Bu, Komanda Qərargah Hərbi Oyunları adlı təlimdir. Təlim planda əvvəlcədən nəzərdə tutulub.Özü də vaxtı, müddəti də elan olunub- sentyabrın 6-dan 13-nə kimi.

Xatırladaq ki, sentyabrın 6-da ehtiyatda olan 6000 zabit və əsgər toplanışlara cəlb olunub. Müdafiə nazirliyinin məlumatına görə, Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən Komanda Qərargah Hərbi Oyunları adlı hərbi təlimə ehtiyatda olanlar da cəlb olunub.

Müdafiə nazirliyinin bu izahı hərbi toplanış başlanandan sonra , yəni yaranan narahatlığa cavab olaraq verilib. Bəlkə bu izahı toplanışdan qabaq vermək lazım idi? Ya bəlkə problem toplanışa adamları necə yığmaqdadır?

AzadlıqLive hərbi ekspert Üzeyir Cəfərlidən soruşub ki, Azərbaycanın xəbər saytlarında hətta belə başlıqlar var ki, "onları gecə ilə təlimə apardılar". Adamı gecə gəlib, aparanda qohumları doğrudan da narahat ola bilər ki, görəsən nə olub?

Üzeyir Cəfərli bu narahatlığı da əsasssız sayır. O deyir ki, təlim keçirəndə bunun gecə ya gündüz olmağına baxmırlar, ehtiyatda olan hərbçinigəlib gecə də çağıra bilərlər.

AzadlıqLive-ın bir sualı da belədir ki, indiki hərbi təlimlər Azərbaycan-Ermənistan sərhəddindəki son gərginliklə bağlı deyil ki? Üzeyir Cəfərli deyir ki, bunların eyni vaxta düşməyi tam təsadüfdür.Çünki indiki təlimlər iri miqyaslıdır, burda 65 min hərbçi iştirak edir, o cümlədən 6 min ehtiyatda olan hərbçi çağırılır. Belə miqyaslı təlim xeyli əvvəlcədən planlaşdırılır.

XS
SM
MD
LG