Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:42

"Dollar qıtlığını bu çantalardakı pullar yaradır"


Çoxunun həftəsonundan səbirsizliklə gözləməsinə baxmayaraq, ABŞ dollarının məzənnəsi nəinki artmadı, əksinə, avqustun 24-də bir az da ucuzlaşdı – 1, 0479 manatdan 1,470 manata düşdü.

Ancaq avqustun 24-də səhər saatlarında Bakıda “dollar təşvişi” hökm sürürdü.

Valyutadəyişmə məntəqələrinin ən sıx yerləşdiyi Səməd Vurğun bağı ətrafında səhər cəmi bir məntəqədə dollar satılırdı. O da hərəyə 200 dollardan artıq olmamaqla. Qarşısında da uzun növbə vardı.

Bəzi adamlar sonuncunun kim olduğunu soruşub növbəyə dayanırdı. Bəzilərinin isə dəyişəcəkləri məbləğ çox olduğundan növbədə gözləməyin mənasızlığını görüb çarəsiz uzaqlaşırdılar.

DOLLAR YOX İDİ

Bakı
Bakı

Digər məntəqələrdə isə ya “dollar yoxdur” deyib satmırdılar, ya da ümumiyyətlə, bağlı idilər. Bəzi məntəqə işçiləri hələ bankdan “resurs” (dolları nəzərdə tutaraq) gəlmədiyinə görə dollar olmadığını söyləyirdilər.

“Kurs-zad yoxdur, özümüz də işləmirik,” valyutadəyişmə məntəqələrinin satıcılarından biri bunu deyib məntəqnin pəncərəsini bağlayır.

Bir başqası isə müştərini inandırmaq üçün and içirdi:

– Vallah, dollar yoxdur. Bizə dollar verin, manat verək, ancaq bizim satmağa dollarımız yoxdur.

– Bəs, harda var?

– Mən nə bilim? Amerikada...

Müştəriər isə əllərindəki pulu qaytarıb ciblərinə qoyurdular. Fərəməz Tağıyev deyir ki, olan yenə onun kimilərə olacaq:

“Mənim kimi adamların 100, uzaqbaşı 200 manatı var. Əlimizdəkinə heç nə olmasın deyə gəlmişəm. Deyirlər dollar yoxdur”.

GÜNORTA CANLANMA BAŞLADI

Bakı 24 avqust
Bakı 24 avqust

Günorta deyəsən doğrudan da banklardan “resurs” gəldi. Dollar satan valyutadəyişmə məntəqələrinin sayı artdı. Elə satılan dollara qoyulan limit də. Bəzilərində hər adama 500, bəzilərində 1000, bəzilərində isə hətta 2000 dolllar məhdudiyyəti ilə satılırdı. Amma məntəqələrin qarşısındakı növbə azalmadı. Dollar satılan bütün məntəqələrin önündə sıxlıq vardı. Dollar dəyişməyə əlində çanta ilə gələnlər də vardı. Onlar növbəsiz keçirdi. Bəzən növbədə xeyli gözlədikdən sonra öndəki alıcının “dollar qurtardı” elanından məyus olub təngnəfəs digər məntəqənin qarşısında yeni növbə tutmağa tələsən adamları görmək olurdu.

Ən çox növbə olan yerlərdən biri də “Bank Respublika”nın həftənin 7 günü 24 saat xidmət göstərən 7/24 filialının qarşısı idi. Burada bir gün əvvəlkindən fərqli olaraq 5 minə qədər pul dəyişirdilər. Digər bankların çoxunda limit 1000, ən çoxu 2000 idi.

Növbələr şəhərdəki başqa bankların qarşısında da uzanırdı. Hər kəs ötən ilədək gücü ilə öyünülən manatdan canını qurtarmağa çalışırdı.

DOLLAR QITLIĞINI BELƏ ÇANTALARDAKI PULLAR YARADIB

İqtisadçı Samir Əliyev deyir ki, bir neçə gündür əhali arasında “dollar təşvişi” neftin qiymətinin kəskin düşməsindən və Rusiyada, Qazaxıstandakl proseslərdən sonra başlayıb.

Samir Əliyev, arxiv fotosu
Samir Əliyev, arxiv fotosu

O, deyir ki, banklarda dolların olmamasını isə sadə vətəndaşların çıxardığı kiçik məbləğlər deyil, gözəgörünməyən böyük məbləğlər yaradıb. Ekspert yaranmış vəziyyətdə manatın yeni devalvasiyasının da qaçılmaz olduğunu bildirir:

“Bu dəfəki devalvasiya 20-25 faiz arasında olacaq. Ola bilsin ki, hökumət yumşaq devalvasiyaya getsin. Ancaq vəziyyət çıxılmaz olsa, kəskin devalvasiya qaçılmaz olacaq”.

İqtisadçı indi vəziyyətin fevral devalvasiyasından əvvəlki durumla çox oxşar olduğunu bildirir.

MƏRKƏZİ BANK: "VALYUTA QITLIĞI YOXDUR"

Mərkəzi Bank isə son günlər dollar satışı ilə bağlı yaranmış vəziyyət haqqında bir-birinin ardınca iki açıqlama verib. Sonuncuda deyilir ki, valyuta qıtlığı yoxdur, banklar, valyuta ilə tam təmin olunub.

Bəzi bankların işləməməsini isə onların işi rejimi ilə əlaqələndirb. Mərkəzi Bank valyuta bazarında vəziyyətin nəzarətdə olduğunu, mütəmadi monitorinqlərin keçirildiyin də bildirir.

İqtisadçılar isə Mərkəzi Bankın indiki açıqlamalarını fevral devalvasiyasından əvvəlki bəyanatlara bənzədirlər.

XS
SM
MD
LG