Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:27

Tural Mustafayev: "Arxivlər açılsa..."


Tural Mustafayev, Bakı, 2013.
Tural Mustafayev, Bakı, 2013.

“Desəm ki, mənim mövqeyim vəkilimin mövqeyi ilə üst-üstə düşmür, nə dəyişəcək ki?”

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılla bağlı cinayət işində zərərçəkən kimi tanınan Tural Mustafayev sosial şəbəsəkə yazdığı statusunda belə yazıb.

Bundan öncə Tural Mustafayev Xədicə İsmayılın məhkəməsinə gələrək istintaqda onun əleyhinə vermiş olduğu ifadədən imtina edib. Bundan sonra o, bir müddət ortalıqda görünməyib, məhkəmədə isə onun yerinə vəkili Səftər Hüseynov iştirak edib.

Xədicə İsmayıl məhkəmədə vəsatət qaldıraraq son çıxışından öncə Tural Mustafayevin yenidən prosesə gətirilməsini istəyib, bildirib ki, şahidlərin dindirilməsindən sonra onda yeni suallar yaranıb. Məhkəmə Tural Mustafayevlə əlaqə yarada bilmədiklərini, ailə üzvlərinin də onun harada olduğundan xəbərsiz olduğunu bildirib.

Avqustun 21-də keçirilən prosesdə vəkil Səftər Hüseynov prokurorun Xədicə İsmayılın Tural Mustafayevi intihar həddinə çatdırması fikri ilə razı olduğunu bildirib. Xədicə İsmayıl Səftər Hüseynovun vəkillik normalarını pozduğunu, öz müvəkkilinin mövqeyinə zidd mövqe nümayiş etdirdiyini bildirərək, Tural Mustafayevi avqustun 26-da keçiriləcək məhkəməyə gəlib bu məsələni aydınlaşdırmağa çağırıb.

Xədicə İsmayılın məhkəməsi
Xədicə İsmayılın məhkəməsi

TURAL MUSTAFAYEVİN CAVABI

Bu çağırışa cavab olaraq avqustun 23-də Tural Mustafayev öz statusunda yazır ki:

“Rasim Əliyev öldü! Migəçevirdə bir gənc öldü. Lap sabah mən də öldüm. Nə olacaq axı? Kimə güvənirsən? Avropa Birliyinə? NATO-ya? Amerikaya? Yoxsa min illər boyunduruq altında olan “Azərbaycan” xalqına? Hansı ki, min illər boyu tatar, türk, monqol, ləzgi, ya da Azərbaycan milləti olmağına inanmayan, seçkiləri 70 manata saxtalaşdıran millətə inanırsan? Məni 26-da məhkəməyə mövqeyimi müəyyənləşdirməyə çağırırsan. Lap yaxşı, mən gəldim və dedim ki, mənim mövqeyim vəkilimlə üst-üstə düşmür. Nə olacaq? 9 ildən işini 5 ilə endirəcəklər? Ya 9 il olsun, ya 5 il olsun. Əfv yazmaq istəsən, elə bunu birinci ildə edə bilərsən. Daha 5 il, ya da 9 il gözləməyə dəyməz. Sənin vicdanın kimi mənim vicdanım da təmizdir. İnanmaya bilərsən. Nə vaxtsa imkan olsa, hakimiyyət dəyişsə, arxivlər açılsa, hər şey gün kimi aydın olacaq. Mən səndən fərqli olaraq, heç kimə güvənmirəm. Sadəcə, özümə güvənirəm və inanıram ki, hər şey mənə də qismət olacaq, mən qisasımı alacam. Sadəcə, istəyim odur ki, məndən əl çəkin...."

Dövlət ittihamçısı X.İsmayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Avqustun 26-da vəkilləri və Xədicə İsmayılın məhkəmədə son söz deyəcəyi gözlənilir.

XS
SM
MD
LG