Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

Quran ədalətsiz hakim haqda nə deyir?


“Günel Həsənli , 2013-cü ildən iş təcrübəsi olan, gənc məhkəmə-tibb eksperti Müşfiq Həmzəliyevin iki rəyinə əsasən, Yasamal rayon Məhkəməsinin 2013-cü ildən iş təcrübəsi olan gənc hakimi Akşin Əfəndiyevin 20 fevral 2015-ci il tarixli hökmü ilə CM-nin 263.1-ci maddəsi ilə sadəcə Cəmil Həsənlinin qızı olduğu üçün etmədiyi cinayətə görə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bunu mən vəkil Adil İsmayılov tam məsuliyyətim ilə deyirəm”.

Bu sözləri tanınmış vəkil Adil İsmayılov Milli Şuranın sədri Cəmil Həsənlinin qızına dair keçirilən məhkəmədəki uğursuzluqdan sonra öz Facebook səhifəsində yazıb və əlavə erdir ki, :

“Bundan sonra kimsə "Azərbaycanda müstəqil və ədalətli məhkəmə var" deyirsə, buyursun, yazdığımı təkzib edib, sübut etsin!”.

İnsan haqları müdafiəçiləri Leyla və Arif Yunusun, təhqiqatçı jurnalist Xədicə İsmayılın son bir neçə həftə ərzində keçirilən məhkəmələrində iştirak edən vəkillər də təxminən buna bənzər bəyanatlar verirlər.

Müdafiə tərəfinin şahidləri dindirilmir, əksinə “saxta şahidlərdən” istifadə olunur, yerli və beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı da daxil olmaqla ayrı-ayrı ölkələrin bu məhkəmələrə dair tənqidləri qulaqardına vurulur və ya əks-tənqidlə qarşılanır, ağlabatan legitim iddialar bir qayda olaraq rədd edilir.

"ÜMİD ALLAHA QALIB"

Sözügedən məhkəmələrə dair sosial şəbəkələrdə açılan müzakirələrdə istifadəçilər tez-tez “Ümid Allaha qalıb” deyimini işlədirlər.

Elə isə Allahın müqəddəs kitablarını vərəqləyib baxmaq olar ki, orada ədalətsiz hakimlər və ittihamçılar, yalançı şahidlər barədə nə deyilib?

"GÜNAHLARIN ƏN BÖYÜYÜ"

“Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” (Ən-Nəhl surəsi, 105-ci ayə).

“...Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz” (Zumər surəsinin 3-cü ayəsi)

“Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına!” (Əl-Casiyə surəsinin 7-ci ayəsi)

“Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır” (Əl-Bəqərə surəsi, 283-cü ayə).

“Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!” (Ən-Nisa surəsinin 135-ci ayəsi).

“Əbdurrahman ibn Əbu Bəkrəh atasından (Allah ondan razı olsun!) peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə buyurduğunu rəvayət etmişdir: ”Günahların ən böyüyünü sizə deyimmi?” Səhabələr: “Bəli, ya rəsulullah!” dedilər. Rəsulullah: “Allaha şərik qoşmaq, valideynlərə asi olmaq” buyurdu. Sonra oturdu və: “Yaxşı eşidin! Bir də yalan yerə şahidlik etməkdir” dedi.

XS
SM
MD
LG