Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Arif Məmmədov: "Məni qorxutmaq istəyirlər"


Arif Məmmədov
Arif Məmmədov

-

“Çoxlarınız işimin "İnterpol"a verilməsinə görə narahatsınız. Narahat olmayın. Məsələyə bir gün sonra münasibət bildirməyim dünən Belçikanın dövlət strukturları ilə təhlükəsizlik və əlavə mühafizə barədə keçirdiyim müzakirələrə görədir. Bu məsələlər Avropa Birliyinin gündəliyindədir. Avropa Birliyi ölkələrinin Bakıdakı səfirlikləri Brüsseli məsələ ilə bağlı məlumatlandırırlar”.

Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədov Respublika Prokurorluğunun avqustun 12-də yaydığı məlumata öz Facebook səhifəsində münasibət bildirib.

Arif Məmmədov deyir ki, Azərbaycan hakimiyyəti onun Avropada hərtərəfli müdafiə altında olduğunu yaxşı bilir: “Hökumətin məqsədi məni qorxutmaqdır. Məqsəd Ağ Marş hərəkatının etirazına yol verməməkdir”.

"Bütün dünya onlara güləcək"

Arif Məmmədovun fikrincə, hakimiyyət yaxşı bilir ki, ağ köynəkli və qərənfilli adamları küçələrdə qovsalar, bütün dünya onlara güləcək:

“Onlar qorxur və panikadadırlar”.

Keçmiş səfir yaratdığı Ağ Qərənfillər hərəkatı haqda da yazır. Bildirir ki, ağ qərənfillər korrupsiyadan, ədalətsizlikdən təmizlənmənin, azadlıq və inkişafın rəmzi olacaq:

“Texniki problemlər “Azərbaycan - 2025” proqramı ilə davamlı məşğul olmağa imkan vermir. Ancaq inanıram ki, çoxları proqramın ümumi tezisləri olan təhsil islahatı, ordu, milli fondun yaradılması ilə tanışdır. Yaxın vaxtlarda mənə peşəkarlardan ibarət güclü komanda lazım olacaq. Avropada yaşayan azərbaycanlılardan xahiş edirəm ki, Brüsseldə bu proqram üzərində işləyək”.

"400 min avro pulum olsaydı..."

Arif Məmmədov prokurorluğun ittihamlarının əsassız olduğunu da bildirir. Yazır ki, keçmiş həmkarlarını prokurorluğa çağırıb onun əleyhinə ifadələr almaq üçün şantaj edirlər.

Əgər istəyirlərsə, mən onlara ümumi məlumat verməyə hazıram. Mən milyonlarla avroya başa gələn abidələr və parklar salmamışam. Ancaq bu “biznes” “halal” sayılır, prokurorluq da buna müdaxilə etmir.

“Yazırlar ki, işıq pulu ödəməmişəm. Mən Strastburqda xidmət binasında yaşamışam. Bütün dünyada səfirin rezidensiyası birinci növbədə iş yeridir. Əgər 400 min avro pulum olsaydı, hakimiyyətin “təmiz nümayəndələri”ndən fərqli olaraq ailəvi istirahətə qiyməti 30 avroya olan RYANAIR təyyarəsi ilə getməzdim”.

Səfir Azərbaycandakı məmur ailələrinin şəxsi təyyarələrindən istifadə etdiklərini, biznes klass xidmətinin onları təmin etmədiyini yazır. Sual edir ki, bəs nəyə görə Respublika Prokurorluğu bu məsələlərlə məşğul olmur?

“Əgər istəyirlərsə, mən onlara ümumi məlumat verməyə hazıram. Mən milyonlarla avroya başa gələn abidələr və parklar salmamışam. Ancaq bu “biznes” “halal” sayılır, prokurorluq da buna müdaxilə etmir”.

Arif Məmmədov ona qarşı başlanan cinayət işinin siyasi fikirləri ilə bağlı olduğunu bildirir.

***

Avqustun 12-də Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədovun barəsində həbs qərarı verilib və o, beynəlxalq axtarışa verilib.

Arif Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri üzrə təqsirləndirilir.

Bu haqda Baş Prokurorluq avqustun 12-də məlumat yayıb.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin ilkin araşdırmaları zamanı aşağıdakılar aşkarlanıb:

"Diplomatik nümayəndəliklərə avtomobil almaq üçün tətbiq edilən 27,5 faizlik güzəştən istifadə edərək, daimi nümayəndəliyin hesabına 43 min avro pul köçürüb və həmin pul BMW şirkətinə ödənib. Əldə etdiyi “BMW X5” markalı avtomobili rəsmi sənədlərdə daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozub və bununla da 8 min avro vergi ödəməkdən yayınıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satmışdır. A.Məmmədovun Fransanın vergi qanunvericiliyinin tələblərini pozması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib".

Baş Prokurorluğun məlumatında daha sonra qeyd olunur ki, Arif Məmmədov həm də daimi nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürüb, sosial-mədəni və digər tədbirlərin keçirilməsinə ayrılan vəsaitlərin xərclənməsində ciddi maliyyə pozuntularına yol verib:

Arif Məmmədov dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməkdə də ittiham olunur:

"Belə ki, 2010-cu ildə Stasburqda təşkil edilən “Novruz“ şənliyi “Türksoy” Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbiri guya nümayəndəliyin keçirildiyi adı ilə 11 min 600 avro mənimsəyib".

Arif Məmmədov dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməkdə də ittiham olunur:

Deyilir ki, 2007-ci və 2012-ci illərdə Azərbaycan parlamentindən nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə hardasa 20 min avro xərclənib. Baş Prokurorluq qeyd edir ki, həmin xərcləri Milli Məclisin İşlər İdarəsi ödəsə də, A.Məmmədov bunu guya daimi nümayəndəliyin ödədiyini göstərib.

İttihamlar sırasında A.Məmmədovun 2007-ci ilin iyun-oktyabr ayları üzrə 18 min 500 avro əməkhaqqını öncədən alıb və sonradan həmin ilin oktyabrında yenidən 3 min 700 avro təkrarən maaş alıb. Onun həm də 2007-2012-ci illərdə evində işlətdiyi elektrik enerjisinə görə, 6 min 500 avronu nümayəndəliyin büdəcəsi hesabına ödədiyi qeyd olunur.

A.Məmmədov həm də nümayəndəliyin balansında olan 25 min 300 manatlıq iki avtomobili Dövlət Əmlak Komitəsinin razılığı olmadan 7 min 100 avroya rəsmiləşdirib satmaqda suçlanır.

Arif Məmmədov mayın 19-da Bakının Binəqədi qəsəbəsində 15 nəfərin ölümü ilə bağlı baş verən yanğınla bağlı öz Facebook səhifəsində status yazmışdı. Bundan sonra o, vəzifəsindən geri çağrılmış və bəzi dövlət və hökumət rəsmiləri onu tənqid etmişdi. Arif Məmmədov isə bütün deyilənlərə belə cavab vermişdi:

“Bu status bir növ qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16-mərtəbəli binaya görə yazmadım. İçimdə xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar…”

Bundan sonra Hesablama Palatası onun rəhbərliyi dövründə Avropa Şurası yanında nümayəndəlikdə yoxlamalara başlayıb. Baş Prokurorluq isə ona cinayət işi açmışdı. Arif Məmmədov bütün ittihamları rədd edir. Ona qarşı başlanan cinayət işini söylədiyi siyasi fikirlərlə əlaqələndirib.​

XS
SM
MD
LG