Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

XİN-dən Avropa Şurasına cavab


Thorbjorn Jagland
Thorbjorn Jagland

"Bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir."

-

Avropa Şurasının baş katibi Thorbjørn Jagland azərbaycanlı jurnalist Rasim Əliyevə hücumu pisləyən bəyanat verib.

Bəyanatda deyilir: “Rasim Əliyevin qətlindən sarsılmışam.

Bu, ölkədə jurnalistlərin təhlükəsizliyi ilə bağlı durumun daha da pisləşməsini göstərən, narahatlıq doğuran əlamətdir.

ətlə araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıram”.

Jagland-ın fikrincə, bu faciəvi hadisə hakimiyyətə və bütövlükdə cəmiyyətə sonuncu dəfə xatırlatmalıdır ki, ölkə bu cür davam edə bilməz: vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalı və gərəkən hər bir şey həyata keçirilməlidir.

Jurnalist Rasim Əliyev “Qəbələ” futbol komandasının üzvü Cavid Hüseynovu tənqid edən statusuna görə avqustun 8-də döyülüb və aldığı zədələrdən bir gün sonra xəstəxanada vəfat edib.

Prezident İlham Əliyev bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib və məsələni şəxsi nəzarətinə götürdüyünü bildirib.

Hikmət Hacıyev
Hikmət Hacıyev
XİN AVROPA ŞURASINA CAVAB VERDİ

Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın jurnalist Rasim Əliyevin ölümü ilə bağlı açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir.

Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

«Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb. Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar» - XİN rəsmisi bildirib.

«AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur. Hikmət Hacıyev deyir ki, Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir:

AŞ və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırırıq».

XS
SM
MD
LG