Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:46

«Prezidentin antiqərb çıxışı psixoloji sarsıntılarla bağlı idi»


Cəmil Həsənli
Cəmil Həsənli

-

«KƏNDİ PARAMIZLA RƏZİL OLDUQ»

«Azadlıq» qəzeti Milli Şuranın sədri Cəmil Həsənlinin «Turan» İnformasiya Agentliyinə müsahibəsini yayımlayıb. Cəmil Həsənli prezident İlham Əliyevin Nazirlər Kabineti ilə keçirdiyi son iclasındakı çıxışını ritorik adlandırıb:

«Doğrudan da ritorik əlamətlər, qeyri-dəqiq ifadələr, son günlərin psixoloji gərginliyindən irəli gələn əsəbi deyimlər bu çıxışda çox idi. Niyə məhz hədəf olaraq Avropa götürülmüşdü? Axı, az əvvəl hakimiyyətin əsas hədəfi ABŞ idi. Azərbaycan hakimiyyətinin və onun nəzarətində olan media qurumlarının bir az əvvəlki təbliğatında sadəlövhcəsinə Avropanı Amerikaya qarşı qoymaq cəhdləri var idi və hətta Vaşinqton Avropa ölkələrini vassala çevirməkdə belə ittiham edilirdi. İndi nə baş verdi ki, birdən-birə hədəf dəyişdi? Bu isterika ilk növbədə Birinci Avropa oyunlarının nəzərdə tutulan siyasi dividentlərinin iflasa uğraması ilə bağlıdır. Avropa siyasi elitasının səs-küysüz oyunları boykot etməsi faktiki olaraq Bakını uğursuz duruma saldı. İnsan haqları və demokratiya müstəvisində bütün dünya Azərbaycana qarşı çevrildi. Hakimiyyətin xalqın boğazından kəsib xərclədiyi özünüreklam büdcəsi faktiki olaraq onun özünə qarşı işlədi. Türklərin sözü ilə desək: «kəndi paramızla rəzil olduq». Müşavirədə Avropanın hədəfə alınması ilk növbədə yeni başa çatmış Birinci Avropa Oyunlarının gətirdiyi psixoloji sarsıntılarla bağlı idi».

Siyavuş Novruzov
Siyavuş Novruzov

BUNDESTAQ ÖZ İŞİ İLƏ MƏŞĞUL OLSUN

lent.az saytı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun apa-ya müsahibəsini yayımlayıb. Siyavuş Novruzov da müsahibəsində prezidentin hökumətin son iclasındakı çıxışına münasibət bildirib. Onun fikrincə, son iclas göstərir ki, «prezidentin nəbzi bilavasitə Azərbaycan xalqı, vətəndaşı ilə vurur».

Novruzov deyir ki, Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edib, bu Oyunlar çox möhtəşəm keçib, yüksək təşkilatçılıq ortaya qoyub: «Bu, bəzi ölkələri narahat edir... Dövlət başçısı da çıxışında bu məsələlərə də toxundu. Almaniya Bundestaqı ancaq alman xalqının rifahı, bu xalqın hər hansı probleminin həlli ilə bağlı qanun qəbul edə, müzakirə apara bilər. Bundestaqın başqa bir dövlətin daxili işinə qarışması, başqa bir dövlətin məsələsini müzakirə etməsi doğurdan da gülüş doğurur».

Siyavuş Novruzov deyir ki, Azərbaycan xarici siyasətini dəyişmir, «xalqın mövqeyi əvvəldən belə olub».

XS
SM
MD
LG