Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:36

Yayda оruс tutanlara həkim məsləhəti


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

«Yaxşı olar ki, insanlar Allaha yaxınlaşmaq, etdiyimiz günahların bağışlanması üçün çoxlu dualar eləsinlər. Həmin dualarda bütün Allahın yaratdıqları, sonra isə özümüz üçün nəsə istəyək. Mən birinci İlahinin yaratdıqları üçün dua edirəm. Sonda özüm üçün dua edirəm ki, İlahi, nə məsləhətdir ver».

İyunun 17-də оruсluğun niyyət axşamıdır.

Tofiq Rəzizadə deyir ki, niyyət axşamı bol-bol dualar edəcək. «Allahın yaratdıqları arasında yeganə günah edənlər insanlardır. Canlılar arasında yeganə məxluq bizik ki, Allahın verdiyi nemətləri yeyirik, sonra da ona qarşı çıxırıq».

Tofiq Rəzizadə günahlardan qurtulmağın yolunu dualarda görür. «Ürəkdən dua edən, inanan insan növbəti günahlardan çəkinər» deyir.

«ОRUС TUTANLAR AXŞAMDAN NİYYƏT ETMƏLİDİRLƏR»

İlahiyyatçı Hacı Şahin Həsənli deyir ki, niyyət axşamı insanlar оruс tutmaq üçün niyyət edirlər:

«Hər bir оruс tutan adam niyyət edir ki, «sabahdan оruс tutacağam». Çünki hər bir əməl niyyətdən asılıdır. İnsan nə edəcəyini bilməlidir. Оruс tutanlar bir ay ərzində оruс tutacağı ilə bağlı axşamdan niyyət etməlidirlər. Bunun üçün hər hansı xüsusi ritual yoxdur. Оruс tutan sadəcə niyyət edir».

ОRUС İNSANA GÜC VERİR

Artıq bir neçə ildir Rаmаzаn ayı yay aylarına təsadüf edir. Bəzi insanlar fikirləşir ki, isti yay günlərində оruс tutmaq çox çətindir. Bəziləri isə düşünür ki, əsas Allaha olan inamdır. Bu inam istiyə də, aclığa-susuzluğa da üstün gəlir:

«İsti də, soyuq da, yay da, qış da Allahın nemətidir. Nemətdən qorxmaq, onu geri çevirmək olmaz».

Bir neçə ildir yayda оruс tutan Zərifə Kərimli deyir ki, əksinə, yayda оruс tutanda özünə daha çox inamlı olur: «Yay günləri оruсu başa vuranda əllərimi göyə qaldırıram ki, İlahi, şükür sənin böyüklüyünə, bu gündən də məni üzüağ çıxartdın. İnşallah, bu yay da sağ-salamat, dilimiz dualı, gözümüz tox, bu Rаmаzаnı da başa vurarıq».

Hacı Şahin Həsənli
Hacı Şahin Həsənli

Hacı Şahin Həsənli deyir ki, hər bir ibadətin, xüsusilə оruсun müəyyən çətinlikləri var. İlahiyyatçının fikrincə, insanın sağlamlığı yol verərsə, yayda оruс tutmaq göründüyü qədər çətin deyil: «İnsan susuzluq gətirən yeməklər yeməzsə, axşamdan bol su içərsə, çətin olmur. Həm də оruс insana güc verir. Ancaq o adamların ki, ciddi zəifliyi yaranır, isti havada heç cürə оruс tuta bilmirlər, həkim onlara оruс tutmamağı məsləhət görür, onlar tutmur. Zəif, tamamilə haldan düşmüş adam оruс tutmamalıdır».

ОRUСDAN ƏVVƏL VƏ SONRA BOL SU İÇİN

Həkim Mehdi Mehdiyev deyir ki, hər bir insan gün ərzində 2 litr maye qəbul etməlidir. Yayda оruс tutanlar оruсdan əvvəl və sonra daha çox maye, əsasən su qəbul etməlidir: «Müxtəlif orqanların normal fəaliyyəti üçün maye, su lazımdır. Mədəaltı vəzinin, ürəyin, qaraciyərin normal fəaliyyəti, bağırsaqlarda gedən sorulma prosesini katalizə etmək və s. üçün mütləq maye qəbul olunmalıdır. Yayda insan tər vasitəsilə çoxlu maye itirdiyinə görə, qanda qatılaşma gedir».

Həkim deyir ki, isti günlərdə оruс tutanlar ağır, fiziki işlərdən çəkinməli, sərin yerlərdə işləməlidirlər.

Bakıda Rаmаzаn - 2014
Bakıda Rаmаzаn - 2014

ОRUС YAXŞI ƏMƏLLƏRİ SONRAKI AYLARDA DAVAM ETDİRMƏK ÜÇÜN BAŞLANĞICDIR

Ekspertlər deyir ki, Rаmаzаn ayında оruс tutmaq, günün müəyyən hissəsində qidadan, sudan imtina etmək insanlarda gözütoxluq, insanlara yardım göstərmək hissi formalaşdırır. Оruс tutan özünü ac olanların yerinə qoymaqla onun yaşadıqlarını yaşayır, mərhəmətli edir. Bu, həmin yaxşı əməlləri sonrakı aylarda davam etdirmək üçün başlanğıcdır.

Hacı Şahin Həsənli deyir ki, оruсun fəlsəfəsi də elə yaxşı əməlləri sonra da davam etdirməyə çağırışdır: «Quranda deyilir ki, «оruс sizə vacib edildi». Оruсun mənası təkcə ac-susuz qalmaq deyil, оruс həm də insanı günahdan çəkindirir. İnsan Rаmаzаn ayı bitdikdən sonra da günah əməllərdən çəkinməlidir. Оruс o zaman qəbul olunur ki, günahlardan çəkindirir. Orucun fəlsəfəsi günahlardan çəkindirməkdir».

İyunun 17-dən 18-nə keçən gecə isə оruсluğun ilk gecəsidir. Оruс tutanlar səhər saat 4:25-ə qədər obaşdan yeməyini bitirməlidir. Sübh namazının azanı saat 4:39-da verilir. Оruс müddəti axşam saat 10-un yarısına (21:30-a kimi) kimi davam edir.

18 iyul isə eyd-ül Fitr (Ramazan və ya Fitrə) bayramıdır.

XS
SM
MD
LG