Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Emin Hüseynov nazirin təyyarəsində ölkəni tərk edib


Emin Hüseynov
Emin Hüseynov

-

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) 10 aydır İsveçrənin Bakıdakı səfirliyində gizlənən rəhbəri Emin Hüseynov artıq İsveçrədədir.

O, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edən İsveçrənin xarici işlər naziri Didier Burkhalter-in təyyarəsi ilə ölkədən çıxıb.

Bunu İsveçrənin Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirliyin rəsmisi Jean-Marc Crevoisier ATS agentliyinə deyib ki, E.Hüseynovun ölkədən çıxarılması iki ölkə arasında uzun danışıqlar nəticəsində baş tutub.

O, 35 yaşlı jurnalist və ictimai fəalın hazırda Berndə olduğunu, mediaya danışmaq istəmədiyini bildirib. Crevoisier-in dediyinə görə, E.Hüseynova sentyabradək viza verilib. Bundan sonra o, sığınacaq istəyib-istəməmək məsələsini özü həll edəcək.

E.Hüseynov 2014-cü ilin avqustundan İsveçrə səfirliyində gizlənirdi. Hakimiyyət ona qarşı cinayət işi qaldırıb və həbs etmək istəyirdi. Digər hüquq müdafiəçisi kimi, ona qarşı qanunsuz fəaliyyət, vergidən yayınma və s. ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG