Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:37

Azərbaycanlı deputatlar etiraz edir


Avropa Parlamentində iyunun 8-də keçirilmiş aksiya
Avropa Parlamentində iyunun 8-də keçirilmiş aksiya

Milli Məclisin bir qrup deputaı Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı bəyanat verib, bu dinləmələri qərəzli sayıb

-

Milli Məclisinin bir qrup deputatı Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı bəyanat verib. APA-nın məlumatına görə, bəyanat müəllifləri həmin dinləmələri pisləyib, qərəzli sayıb:

““Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri parlamentin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur,” bəyanatda deyilir.

Bəyanat müəllifləri Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbsilə bağlı Avropa Parlamentindən səsləndirilən fikirləri “həqiqətdən uzaq” adlandırır.

“Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır”.

Bəyanatı parlamentin sədr müavinləri, digər deputatlar imzalayıb.

İyunun 10-da Avropa Parlamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmələr keçirilib. İyunun 8-də isə Avropa Parlamentinin vitse-prezidenti, Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunacek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Bəyanatı imzalayan deputatlar:

Ziyafət ƏSGƏROV, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.

Bahar MURADOVA, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.

Valeh ƏLƏSGƏROV, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində (PƏK) Azərbaycan nümayəndə heyətinin rəhbəri, PƏK-in həmsədri.

Siyavuş NOVRUZOV, Azərbaycan Respublikası Milli Məclisinin intizam komissiyasının sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Yeni Azərbaycan Partiyası icra katibinin müavini.

Asim MOLLAZADƏ, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyası siyasi komitəsinin həmsədri, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri.

Fazil MUSTAFA, Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri.

İlyas İSMAYILOV, Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, Ədalət Partiyasının sədri.

İqbal AĞAZADƏ, Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Ümid Partiyasının sədri.

Sabir RÜSTƏMXANLI, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri.

Sabir HACIYEV, Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri.

Xanhüseyn KAZIMLI, Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri.

Qüdrət HƏSƏNQULİYEV, Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri.

Fəzail AĞAMALI, Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Ana Vətən Partiyasının sədri.

Fərəc QULİYEV, Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri.

Səməd SEYİDOV, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri.

Sahibə QAFAROVA, Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin üzvü, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-da bərabərlik və qeyri-diskriminasiya komitəsinin qadınlara qarşı zorakılıqla mübarizə məsələləri üzrə baş məruzəçisi və AŞPA-nın zorakılıqdan azad qadınlar şəbəkəsinin siyasi əlaqələndiricisi.

Fuad MURADOV, Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Sevinc FƏTƏLİYEVA, Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi.

Gülçöhrə MƏMMƏDOVA, Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Məlahət İBRAHİMQIZI, Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin üzvü, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Jalə ƏLİYEVA, Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü.

Sevinc HÜSEYNOVA, Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

Sədaqət VƏLİYEVA, Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü.

XS
SM
MD
LG