Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:24

Azərbaycanlı məhbuslar Avropa parlamentində


Avropa Parlamentində aksiya - 8 iyun 2015
Avropa Parlamentində aksiya - 8 iyun 2015

-

İyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti, Avropanın Yaşıllar Partiyasının üzvü Ulrike Lunacek və bir sıra avropalı parlamentarilər qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılıblar.

Qara köynəklərin üzərində jurnalist Xədicə İsmayılın, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Leyla Yunus, Emin Hüseynov, İntiqam Əliyevin şəkilləri var idi.

Bu haqda «Amerikanın səsi» radiosu məlumat yayıb.

Avropalı parlamentarilər bununla Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırıblar.

Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lunacek deyib ki, idman insan hüquqlarına göz yummaq demək deyil və Azərbaycanda bu hala qarşı qətnamə çıxarılmalıdır.

«İdman insan haqları uğrunda» («Sport for Rights») kampaniyasının rəhbəri, Azərbaycan hökumətinin tənqidçisi Rebecca Vincent AzadlıqRadiosuna müsahibəsində deyib ki, Avropa Parlamentində belə etirazın olması çox yaxşı haldır.

«İdman insan haqları uğrunda» kampaniyası Avropa Oyunları ərəfəsində diqqəti Azərbaycanda insan haqlarının durumuna çəkmək üçün başlayıb.

Azərbaycan hökuməti ölkədə insan haqlarının pozulması iddiasını qəbul etmir.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bu kampaniyaları xarici qüvvələr Azərbaycanı gözdən salmaq üçün təşkil edirlər.

XS
SM
MD
LG