Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

Dövlət Departamentində Hilal Məmmədovdan danışıldı


Marie Harf
Marie Harf

-

ABŞ Dövlət Departamenti aprelin 30-da jurnalist Hilal Məmmədovun timsalında Azərbaycandakı həbsdə olan bütün jurnalistlərin sərbəst buraxılmasına çağırıb. Bu çağırış “Mətbuatı azad edin” kampaniyası çərçivəsində edilib. Aprelin 30-da keçirilən gündəlik brifinqdə Dövlət Departamentinin sözçüsü Marie Harf hazırda Azərbaycanda 12 jurnalist və ya bloqqerin həbsdə olduğunu bildirib. “Amerikanın Səsi”nin məlumatına görə, xanım Harf onlar arasından Hilal Məmmədovun adını vurğulayıb.

“O, 2012 –ci ildə dövlətə xəyanət, etnik nifrət və narkotik saxlama ittihamları ilə saxlanaraq 2013-cü ildə 5 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin martında BMT-nin Arbitrar Həbslər üzrə işçi qrupu onun həbsini arbitrar hesab edərək dərhal sərbəst buraxılmasını tələb edib. Bir çox beynəlxalq insan haqları qrupları da onun azad olunmasına çağırıb. Biz onlara qoşularaq onun və sadəcə ifadə azadlığından istifadə etdiyinə görə həbs edilən digər jurnalist və bloqqerlərin dərhal azad edilməsinə çağırırıq” - deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Meria Harf deyib ki, Dövlət Departamenti belə istintaqlara və eləcə də müstəqil mediaya qarşı digər təzyiqlərə son qoyulmasına və Azərbaycanda ifadə azadlığı öhdəliklərinə əməl etməyə çağırır.

Azərbaycan Xarici İşlər Nazirliyi Dövlət Departamentinin öncəki tənqidi bəyanatlarından təəssüfləndiyini, ölkədə bütün fundamental hüquq və azadlıqların təmin olunduğunu bildirib.

XS
SM
MD
LG