Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Vatikan muzeylərinin təmiri, Xocalı və erməni qırğını


-

Azərbaycan hökumətinin tənqidçiləri Roma Papası Francis’in bazar günü çıxışında «erməni soyqırımı» ifadəsi işlətməsini pisləyir, iddia edirlər ki, Heydər Əliyev Fondunun son illər ərzində Vatikana ayırdığı yardımlar faydasız qalıb.

Ölkənin birinci xanımı Mehriban Əliyenın rəhbərlik etdiyi Heydər Əliyev Fondu son illər Vatikanda və Romada azı altı layihə üçün yardım edib:

Bu layihələrə nə qədər vəsaitin ayrılması ilə bağlı Fondun internet saytında məlumat yoxdur.

Vatikan muzeylərinin təmiri, Xocalı və erməni qırğını
Gözlə

No media source currently available

0:00 0:04:50 0:00
Direct-ə keçid

Papa Francis «erməni sorqırımı» ifadəsini erməni kilsəsinin liderləri və Ermənistan prezidentinin qatıldığı dini mərasimdə işlədib, bildirib ki, insanlıq son bir əsrdə üç kütləvi və analoqu olmayan faciə yaşayıb- Papa «erməni soyqırımı»nı qeyd edib, Nasistləri və Stalinizmin törətdiyi cinayətləri sadalayıb.

Daha sonra Papa Kamboca, Ruanda, Burundi və Bosnia hadisələrini «soyqırım» kimi qiymətləndirib.

Müxalif ReAL hərəkatının İdarə heyətinin üzvü Erkin Qədirli özünün aprelin 13-də özünün Facebook səhifəsində Papanın «erməni soyqırımı» ifadəsi işlətməsi pisləyib:

Papa 20-ci əsrdə başqa qırğınların da adını çəkir. Xocalını demir amma. Bizimkilər də Vatikana, muzey-bərpa işləri adı altında xeyli pul verir...

«Bütün bu işlərin bizə də çox mənfi təsiri var. Diqqət yetirin, Papa 20-ci əsrdə başqa qırğınların da adını çəkir. Xocalını demir amma. Bizimkilər də Vatikana, muzey-bərpa işləri adı altında xeyli pul verir. Havayıdan!»

HEYDƏR ƏLİYEV FONDU VATİKANDAN QARŞILIQ GÖZLƏMİR

Hakimiyyətə yaxın Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı AzadlıqRadiosuna müsahibəsində Papanın «erməni soyqımı» ifadəsi işlətməsini pisləyir, Papanın tarixi təhrif etdiyini deyir. Amma Ağamalı məsələni Heydər Əliyevin Fondunun Vatikana yardım yardım etməsi fonunda müqayisə etməyin tərəfdarı deyil.

Roma Papası Francis Ermənistan prezidenti Serzh Sarkisianla görüşüb
Roma Papası Francis Ermənistan prezidenti Serzh Sarkisianla görüşüb

«Heydər Əliyev Fondun və onun rəhbəri hörmətli Mehriban xanım Əliyevanın gördüyü işlər Fondun mahiyyətinə, fəlsəfə və humanist prinsiplərinə söykənir. Bunun qarşısında Fond dividend və cavablar gözləmir».

Fəzail Ağamalı deyir ki, bununla belə Vatikan əgər Fondun humanist addımının qarşılığında bu cür addım atıb, olmayan bir şeyi iddia edirsə, bu, Vatikanın dəyərləri ilə Fondun dəyərlərinin zidd olduğunu göstərir.

Zərdüşt Əlizadə bildirir ki, Vatikana ayrılan məbləğin əvəzində Papadan mövqenin dəyişəcəyini gözləməyinə dəyməz:

«Vatikanın sərvəti Azərbaycanın sərvətindən azı 10 dəfə çoxdur. Hansısa qəpik-quruşa görə, Papanın mövqeyinin dəyişəcəyini gözləmək sadəlöhvlük olardı».

Erkin Qədirli bildirir ki, Papanın «erməni soyqırımı» ifadəsi işlətməsi də Azərbaycanın ziyanınadır.

«Hələ SSRİ zamanı (Qorbaçovun dönəmində) Qarabağ məsələsinə Moskvanın diqqətini çəkmək üçün, Sumqayıt olaylarını «soyqırım» adlandırmağa başlamışdılar. Bu işdə İgityan xüsusilə fəal olub. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclasında onun qaraguruhçu çıxışını yaxşı xatırlayıram. Ermənilər bizi SSRİ ali hakimiyyət qurumlarında «vəhşi türklər» adlandırıb, yeni soyqırım törətməkdə ittiham edirdi ki, Qarabağa iddiaları ədalətli emosional fon ala bilsin».

Erkin Qədirli
Erkin Qədirli

Erkin Qədirli deyir ki, Azərbaycan bu məsələdə Türkiyədən daha ayıq və açıq olmalıdır.

«Türkiyə üçün bu məsələnin tarixi, akademik tərəfi ola bilər. Türkiyə bu baxımdan daha rahatdır, əslində. Türkiyəyə çox da bata bilməyəcəklər. Amma bu «soyqırım» məsələsində Ermənilərin könlünü almaq üçün, bizim torpaqlardan yenə Ermənistana pay vermək istəyə bilərlər», deyə Erkin Qədirli yazır.

Siyasi şərhçi Zərdüşt Əlizadə AzadlıqRadiosuna müsahibəsində deyir ki, Roma Papasının çıxışı erməni diasporunun uğuru sayıla bilməz, çünki Papa sadəcə, qanlı hadisələri sadalayıb, Türkiyəni xüsusiu olaraq suçlamayıb, ondan tələb etməyib.

Hərçənd Türkiyə bu çıxışa cavabında Romadakı səfirini geri çağırıb, Vatikanın səfirini isə Ankaraya sorğu-sual üçün dəvət edib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib ki, Papanın çıxışından dərin məyusluq və kədər hissi keçirir və bu çıxış tərəflər arasında “inam problem” yaradacaq.

XS
SM
MD
LG