Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:37

Azərbaycanda neçə nazirlik olsun?


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Dünya bazarında neftin qiymətinin düşməsindən sonra Azərbaycanda idarəetmə sistemində struktur islahatları aparılması, bəzi dövlət qurumlarının ixtisar edilməsi məsələsi aktuallaşıb.

Azərbaycan üçün neçə nazirlik optimal ola bilər? İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu «facebook» profilində bu sualın cavabını verməyə çalışıb:

«Azərbaycanın Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 37-yə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtalıyada 14, Almaniyada və Belçıkada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökumət qurumu fəaliyyət göstərir».

ARTIQ ƏVVƏLKİ NEFT GƏLİRLƏRİ OLMAYACAQ

Qubad İbadoğlunun fikrincə, Azərbaycanda 20 nazirliyin olması göstərir ki, dövlət idarəetmə xərclərinin optimallaşdırılması vacibdir: «Əslində Azərbaycan Nazirlər Kabineti Rusiya Federal höküməti təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb. Neft gəlirlərinin azalması səbəbindən formalaşan yeni iqtisadi situasiyada dövlət aparatının saxlanması ciddi maliyyə tələb edəcək ki, bu sistemdə də mərhələli islahatlara start verilməlidir. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların birinci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər».

İqtisadçı hesab edir ki, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Xarici İşlər, Maliyyə, Kənd Təsərrüfatı, Səhiyyə, Təhsil, Nəqliyyat, Vergilər, Əmək, Sənaye, Elm və Texnologiyalar nazirlikləri saxlanmalıdır.

Qubad İbadoğlu ona diqqət çəkir ki, «nəhəng dövlət aparatı»nı saxlamaq üçün artıq Azərbaycanın əvvəlki neft gəlirləri olmayacaq: «Büdcə xərcləmələrinin optimallaşdırılması, iş yerlərinin bağlanması və əməkhaqqı gəlirlərinin azalmasına yol vermədən dövlətin izafi məsrəflərinin ixtisarı yolu ilə səmərəliliyin artırılması hazırda həlli vacib olan əsas məsələlərdən hesab olunur».

Bu yaxınlarda Torpaq və Dövlət Xəritəçəkmə Komitəsi ləğv olundu və qurumun funksiyaları Kənd Təsərrüfatı Nazirliyinə verildi. Bəzi müstəqil iqtisadçılar bu addımı hökumətin dövlət strukturunda islahatlara başlaması kimi də qiymətləndirib və təqdir edib.

İdarəetmədə struktur islahatlarının davam edib-etməyəcəyi barədə hələlik rəsmilər heç bir açıqlama verməyib.

XS
SM
MD
LG