Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

«Vaqifə Qırx Dua» yazıldı


-

«Vaqifə Qırx Dua»
«Vaqifə Qırx Dua»

«Vaqif! Sən Azərbaycan ədəbiyyatının tarixində tək və ilk şairsən ki, xalqın yaddaşında şair kimi yox, şeir kimi qalacaqsan».

Bu sözləri yenicə çapdan çıxan «Vaqifə Qırx Dua» kitabının ön sözündə şair Rüstəm Behrudi yazıb.

Onun sözlərinсə, ölümün 40-cı günü nağılların 40-cı otağının sirri kimidir: «Ondan o yana sirr içində sirdir hər şey, Vaqif!»

Martın 7-də şairin Təzəpir məscidində keçirilən qırx mərasimində bu kitab iştirakçılara paylanıb.

Ölümünün 40-cı günündə ünlü şairin 40 qələmdaşı 40 dua ilə onun görüşünə gəlib.

«Hədəf» Nəşrlərində işıq üzü görən kitabın tərtibçisi və redaktoru Şəmil Sadiqdir.

Kitabda Fikrət Qocanın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Vaqif Bayatlı Odərin, Rüstəm Behrudinin, Ramiz Rövşənin, Kamal Abdulanın, Zəlimxan Yaqubun, Vaqif Bəhmənlinin, İlqar Rəsulun və b. şeirləri toplanıb.

Kitabın arxa üzündə Vaqif Səmədoğlunun son şeiri verilib:

İlahi,

Yatağın nə sağında

Nə solunda.

Nə bir gözəlin qolunda

Yatmaq istəmirəm.

İlahi,

Nə söyüd kölgəsində,

Nə dünyanın ən azad ölkəsində

Yatmaq istəmirəm.

İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm...

XS
SM
MD
LG