Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

WizzAir ucuz biletlərlə Budapeştə uçuşları bərpa edir


Arxiv fotosu
Arxiv fotosu

.

Gözlə

No media source currently available

0:00 0:02:41 0:00
Direct-ə keçid

“WİZZAİR” ÜÇÜN ŞƏRTLƏR VAR

Macarıstanın “WizzAir” aviaşirkəti Bakı-Budapeşt, Budapeşt-Bakı istiqamətində ucuz qiymətə uçuşları bərpa edir. Şirkətin çağrı mərkəzidən AzadlıqRadiosuna bildirdilər ki, uçuşlar martın 29-dan başlayır:

“Martın 30-u Bakı-Budapeşt reysi var. Budapeştdən isə martın 29-u, aprelin 1-i və 5-də reyslər olacaq. Bu istiqamətdə uçuşların nə vaxta qədər davam edəcəyini deyə bilmərik”.

Orxan Məmməd Romada təhsil alan azərbaycanlı tələbədir. Deyir ki, təxminən 10 gün əvvəl bir neçə tələbə yoldaşı ilə “WizzAir” aviaşirkətindən təyyarə biletləri alıb. İstiqamət Budapeşt-Bakıdır. Qismət olsa, aprelin 13-də uçacaq.

“49 avroya almışam. Çox ucuzdur. Tələbələr üçün çox münasibdir. Yeni ildə aviaşirkət uçuşlar etmirdi. Biz də başqa hava yolları ilə bilet alıb gələ bilmədik. Heyif...”.

29 mart tarixində digər hava yolları ilə Budapeştdən Bakıya uçuşun qiyməti 380 avro ilə 3000 avro arasında dəyişir.

2014-DƏN 2015-Ə BİLET

Məmməd Kərimova isə bu il yay tətili üçün biletlərini Bakı- Budapeşt-Bakı istiqamətində alıb. Özü də düz 8 ay əvvəldən. Daha iki ailə üzvü ilə birlikdə Avropanı səyahət etməyi düşünür:

“Bakıdan Budapeştə gediş gönüş 3 nəfər üçün 328 avro ödəmişəm. Çox ucuz və münasibdir. Əvvəla AZAL bu istiqamətə uçumur. Digər tərəfdən AZAL-ın təyyarələri rahat olsa da çox bahadır. Məsələn, Praqaya bir nəfərlik bilet 500 manatdır. Mənsə, 3 nəfərə gediş-dönüş biletini 328 manata aldım, Budapeştdən də çox ucuz qiymətə istədiyim Avropa ölkəsinə səyahət edə bilərik. Bu da 3 nəfərə 600 manatdan baha başa gəlməyəcək.”

“WizzAir” aviaşirkəti ötən ilin oktyabrından Azərbaycana uçuşları dayandırmışdı. Macarıstanın Azərbaycandakı səfiri Zsolt Csutora mətbuata açıqlamasında bildirmişdi ki, oktyabrın 26-da iki ölkənin Mülki Aviasiya administrasiyaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun müddəti başa çatır.

AZAL DA WizzAir-Ə PROBLEM GÖRMÜR, AMMA ŞƏRTLƏRİ VAR

Macarıstan tərəfi Azərbaycan hökumətinə aviaşirkətin təyyarələrinin uçuş müddətinin uzadılması barədə müraciət edib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, “WizzAir” aviaşirkəti özü bir müddət əməkdaşlıqdan imtina edib:

“Bir-iki ay bundan qabaq əlaqə saxladım. Dedilər ki, onlar özləri gəlmirlər. Mənə dedilər ki, gəlsinlər, bizim şərtlərimizi qəbul etsinlər, uçsunlar. Bu məsələlərlə məsul olan şəxs ayın 20-dən sonra ölkədə olacaq. Daha dəqiq öyrənib məlumat verərəm”.

AZAL “WizzAir” kimi ucuz hava yolları şirkətlərinə Bakıya uçuşlar təşkil eləmək üçün hansı şərtlər irəli sürür ki, onlar əməkdaşlıqdan çəkinir? Və “WizzAir” lə hazırda müqavilə məsələsi nə yerdədir? – sualı ilə bağlı məsələləri diqqətdə saxlayacağıq.

XS
SM
MD
LG