Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:24

Səməd Seyidov: «Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var»


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Fevralın 14-də Azərbaycan parlamentində ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub. Dinləmələrə deputatlar, qeyri-hökumət təşkilatları və siyasi partiyalarının rəhbərləri qatılıblar.

Yazı yenilənib. Ən son xəbər mətnin əvvəlindədir.

KAUZLARICH ABŞ DEMƏK DEYİL

«Biz hərdən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini Birləşmiş Ştatların adına yazırıq. ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq ABŞ Konqresinin fəaliyyəti tam başqadır».

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Məclisində «Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində» mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib:

«Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, antiterror əməliyyatına qoşulur, digər tərəfdən isə «907-ci düzəlişi» aradan qaldıra bilmirik. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər öz həllini tapsın».

S.Novruzovun fikrincə, Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var:

«Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə Kauzlarich-dən həftədə bir dəfə müsahibə alıb «Azadlıq» qəzetində dərc edirsə, bu, ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atırlar. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz».

İqtisadçı Vüqar Bayramov da ABŞ-ı bütün sahələrdə Azərbaycana qarşı obyektivlik nümayiş etdirməyə çağırıb. Onun qənaətincə, «ikili standartlar» siyasəti ABŞ-ın Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə olacaq. Müsavat.com yazır ki, iqtisadçı ikili standartların özünü nədə göstərdiyini açıqlamayıb.

«AZƏRBAYCANIN ABŞ-DAN GÖZLƏNTİLƏRİ VƏ İSTƏKLƏRİ VAR»

«Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ səylərini daha çox artırmalıdır».

Səməd Seyidov
Səməd Seyidov

Bunu fevralın 14-də Milli Məclisdə keçirilən «Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində» mövzusunda dinləmələrdə deputat Səməd Seyidov deyib.

Trend-in məlumatına görə, S.Seyidov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir:

«Azərbaycan-ABŞ münasibətləri 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. «Əsrin müqaviləsi»nin imzalanması və buna ovaxtkı ABŞ prezidenti Bill Clinton-un dəstək verməsi Birləşmiş Ştatların Azərbaycana hansı önəm verdiyini göstərirdi. Bu müqavilə regionun iqtisadi-siyasi xəritəsini çəkdi. 2001-ci ildə ABŞ-da terror hadisələrindən sonra ABŞ-Azərbaycan münasibətləri daha bir yeni mərhələyə qədəm qoydu. Azərbaycan ABŞ-la birgə bütün gücünü terrora qarşı mübarizəyə yönəltdi. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə döyüşür».

BAKININ VAŞİNQTONDAN GÖZLƏNTİLƏRİ...

Deputat deyib ki, bu gün Azərbaycanın terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərdiyini nəzərə alsaq, bu, münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir:

«Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın bizim işğal altındakı torpaqlarımıza, Dağlıq Qarabağa olan münasibətidir».

Səməd Seyidov deyir ki, onlar ABŞ-dan «Azərbaycana selektiv yanaşmanın, ikili standartların» aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir:

«Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib təşkilatlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir».

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

Dinləmələrdə deputatlar, qeyri-hökumət təşkilatlarının, siyasi partiyalarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

«UKRAYNANI BƏDBƏXT GÜNƏ QOYDU»

«Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib».

Bunu Milli Məclisdə Azərbaycan-ABŞ münasibətləri mövzusunda keçirilən müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev qeyd edib ki, ABŞ qondarma «Dağlıq Qarabağ Respublikası»na Azərbaycandan üç dəfə çox maddi yardım edib:

Zahid Oruc
Zahid Oruc

«Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Baraсk Obama dedi ki, bu, bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə, mentalitet nəzərə alınmır. Bu onu göstərir ki, ikili standartlar hökm sürür. İndi də deyirlər ki, ABŞ Ukraynaya dəstək verir. Əslində boş söhbətdir, ABŞ heç bir dəstək vermir, əksinə, Ukraynanı bədbəxt günə qoydu. Ukrayna torpaq itirdi, ərazisində ikinci «Dağlıq Qarabağ» yarandı. Bu, ABŞ-ın köhnə oyunudur».

Zahid Oruc isə bildirib ki, ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələrə qatılanlar açıq şəkildə Azərbaycana qarşı sərt mövqe tutublar:

«Amma bu tədbirə qatılanlar münasibətlərə töhfə verən çıxışlar edirlər. ABŞ-da Azərbaycanı anti-Rusiya blokuna qoşmaq istəyirlər, İrana qarşı mövqe tutmasını istəyirlər».

Azay Quliyev
Azay Quliyev

ABŞ ÜNVANI SƏHV SALIB...

Deputat Azay Quliyev deyib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, halbuki regionda sanksiyaya məruz qalmalı olan yeganə ölkə Ermənistandır.

«Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardım edir. Bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub. Ancaq bundan imtina ediblər. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və istənilən şəkildə biz bunu açıq şəkildə müzakirə etməliyik. Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Bundan ABŞ niyə narazı qalmalıdır? Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamalı, gəncləri küçələrə çıxarmamalıdır. Bunu müzakirə etməliyik», - deyə A. Quliyev bildirib. (apa)

XS
SM
MD
LG