Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Əli Kərimli Lamiyə Quliyevadan yazdı


Əli Kərimli
Əli Kərimli

-

«Sübut edin ki, bu cinayətlər dövlət səviyyəsində ört-basdır, cinayətkarlar himayə edilmir».

AXCP sədri Әli Kərimli «facebook» səhifəsində Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə ittiham olunaraq həbsə düşən və orda övlad dünyaya gətirən Lamiyə Quliyevanın məsələsinə münasibət bildirib.

AXCP sədri hüquq-mühafizə orqanlarını bu işi araşdırmağa çağırıb:

«Dostlar, rejimin bədbəxt etdiyi qurbanlardan biri Lamiyə Quliyevanın başına gələnlərdən gec də olsa, xəbər tuturuq. Faktiki məhv edilmiş bu qızın acı həyat hekayəsinə, lütfən, kriminaldan bəhs edən teleserial kimi baxmayın. Ya da hökumətin düşük saytlarının «Lamiyənin uşağının atası kimdir?» tipli suallarla oxuculara təqdim etdiyi kimi, olayı bayağılaşdırmayın. Gözümüzün qarşısında bir faciə baş verir. Biz bu faciənin son pərdələrini canlı olaraq izləyirik, amma indi əvvəlindən də xəbər tutmaq imkanımız var».

Əli Kərimli vəzifəli şəxslər tərəfindən aşağıdakı cinayətlərin törədildiyini yazır: İşgəncə - Cinayət Məcəlləsi, maddə 113; Qəsdən sağlamlığa ağır zərər vurma – maddə 126; Qanunsuz abort etmə - maddə 141; Əmlakı qəsdən məhv etmə və ya zədələmə - maddə 186; Ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma – maddə 286; Təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmə - maddə 290; Qanunsuz olaraq tutma, həbsə alma və ya həbsdə saxlama – maddə 292; Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma – maddə 295; Vəzifə səlahiyyətlərini aşma – maddə 309.

Sonda AXCP sədri Baş Prokurorluğu və digər səlahiyyətli qurumları çağırır ki, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etsinlər:

«Lamiyə Quliyeva cəzasını artıqlaması ilə çəkib, qondarma ittihamları onun üzərindən götürmək və onu azad etmək lazımdır. Vüqar Əliyevlə bağlı istintaq yenilənməli, yeni açılmış hallar nəzərə alınmalıdır».

XS
SM
MD
LG