Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

"İslam Dövləti"nin gözündə Qadın belə olmalıdır


Foto: Arxiv
Foto: Arxiv

-

«Qadınlarla bağlı «Qərb modeli» iflasa uğrayıb, qadının yeri evdir, Qərbin qadın modeli sırğa kimi şeytan əməlidir».

«İslam Dövləti» (İD) yaraqlı qruplaşması tərəfindən dərc olunan və qadına Qərb yanaşmasını tənqid edən manifestdə belə deyilir.

«İslam Dövlətinin Qadınları» adlı manifest yanvarın 23-də internetdə yayılıb. Manifestin ingilis dili versiyası isə fevralın 5-də internetə yerləşdirilib. Manifestdə qadının gündəlik həyatı önə çəkilir, İslam cəmiyyətində və «xilafətdə» (bu adı İD yaraqlıları öz nəzarətlərində olan ərazilərə veriblər) qadının rolundan danışılır.

Manifestin əsas mesajı ondan ibarətdir ki, qadınlar oturaq həyat tərzi keçirməli, kişilər isə daim hərəkətdə olmalıdırlar. İD qadınları ortalıqda hərlənib fırlanmamalı, onun «fundamental funksiyası» evdə əri və uşaqları olmalıdır.

Manifestə görə, Qərbin «qadın azad olmalıdır» ideyası iflasa uğrayıb. İD hesab edir ki, Qərbdə daha çox ateistin üstünlük verdiyi bu model düzgün deyil, çünki İslamda peyğəmbərdən gələn ənənəyə görə, qadın evini tərk etməməlidir, hətta ibadətə görə də.

«Allan özü qadın üçün oturaq həyat tərzi seçib və istənilən halda bundan daha yaxşısı ola bilməz» – manifestdə belə deyilir.

Manifestdə qadının evdən kənarda işləməsinin niyə çox çətin olması ilə bağlı müəyyən izahatlar da verilir. Çətinliklər sırasında aybaşı, hamiləlik və digər nüanslar sadalanır, həmçinin qadının əri, oğulları və dini qarşısında öhdəlikləri qeyd olunur.

QADIN, HƏDDİNİ BİL!

Bununla belə, manifestdə deyilmir ki, qadın savadsız olmalıdır, bildirilir ki, Allah qadına «dini barədə yazıb oxumağı» buyurub.

Kabil - 2011
Kabil - 2011

İD-ə görə, elm sahibi olmaq, ali təhsil almaq qadın üçün yad şeylərdir.

Sırğa taxmaq, saç düzümü etdirmək – bunlar hamısı şeytan əməlidir.

İD manifestində qadınların dəblə geyiminə də xüsusi yanaşır və, təəccüblü deyil ki, bu da şeytan əməli hesab olunur.

Bəzək əşyaları və plastik əməliyyata münasibətdə bildirilir ki, «insanlar saysız-hesabsız pullarını Allahın yaratdığını dəyişməyə xərcləyirlər». Manifestə görə, şeytan qadınları «dəb mağazalarında və gözəllik salonlarında» izləyir.

NƏ GÖRÜNMƏLİ, NƏ DƏ EŞİDİLMƏLİDİRLƏR

Manifestdə deyilir ki, qadın «fövqəladə hallar»dan başqa heç bir halda evini tərk etməməlidir. Amma o da qeyd olunur ki, qadın ölkəsinə düşmən basqını zamanı döyüşən kişilərin sayı azlıq edərsə, cihada qoşulmalıdır.

Foto: Arxiv
Foto: Arxiv

Qadınlar yalnız həkim və müəllim kimi çalışa bilərlər, o şərtlə ki, şəriət qaydalarına ciddi əməl etsinlər.

Fövqəladə hallarda qadınların küçəyə çıxmasına icazə verilir, ancaq deyilir ki, qadınlar, ümumiyyətlə, nə görünməli, nə də eşidilməlidirlər.

Qızlara doqquz yaşından evlilik münasib sayılır, o da qeyd olunur ki, ərləri 20 yaşdan yuxarı olmamalıdır.

Manifestin sonunda Səudiyyə Ərəbistanda qadınlarla bağlı bəzi «dəhşət»lərdən danışılır. Məsələn, bildirilir ki, burada «qadınlar kişilərlə hətta kağız nazikliyində olsa belə heç bir sədd ilə ayrılmayan mağazalarda birlikdə işləyirlər».

Bildirilir ki, bu ölkədə qadınlar hətta sənəd üçün foto da çəkdirə, ateist Avropa ölkələrində olduğu kimi, qadın və kişilər bir-birinə dəyib-dolaşa da bilirlər.

XS
SM
MD
LG