Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:35

Angelina Jolie qaçqınlardan yazır


BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Angelina Jolie
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Angelina Jolie

.

28 yanvar media icmalı

The New York Times aktrisa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Angelina Jolie-nin İraqdan yazdığı məqaləsini dərc edib. O, 2007-ci ildən İraqa beş dəfə getdiyini, ancaq indiki kimi əzab-əziyyətin şahidi olmadığını yazır.

«Bu səfərimdə nitqim qurudu. Göz yaşları axıdan ana qızının İslam Dövləti, İŞİD yaraqlılarının əlində olduğunu deyir, özünün də orada olmağını arzulayır. Bu anaya nə deyəsən? Hətta zorlanmağa, işgəncəyə razıdır, təki bunlar qızının başına gəlməsin».

Zirzəmidə yaşayan 13 yaşlı qıza nə deyəsən? Hər dəfə üç-üç çıxarılıb zorlanıblar. Qardaşı xəbər tutanda özünü öldürüb...

«Zirzəmidə yaşayan 13 yaşlı qıza nə deyəsən? Hər dəfə üç-üç çıxarılıb zorlanıblar. Qardaşı xəbər tutanda özünü öldürüb».

Müəllif Suriyanın qonşularına milyonlarla qaçqının yükünü çəkmək üçün daha çox yardım ayrılmasının vacibliyini vurğulayır.

TÜRKMƏNİSTANDA QARA MAŞINLAR GÖMRÜKDƏN BURAXILMIR

Məlumatlara görə, Türkmənistanda gömrük rəsmiləri qara maşınıarın idxalından imtina edirlər. Bu barədə Vyanada mənzillənən Chrono-tm.org müxalifət saytı yazıb. Səbəb göstərilmir. Ancaq məsləhət görülür ki, ağ maşın alsınlar, çünki ağ uğurlu rəngdir.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov
Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov

Prezident Gurbanguly Berdimuhamedov bu yaxınlarda ağ limuzinlərdən istifadə etməyə başlayıb. Ondan sonra 160 yüksək rütbəli məmur da ağ rəngə keçib.

BBC yazır ki, türkmənlər gündəlik həyatlarına qoyulan qadağalara bir növ adətkərdə olublar. Ancaq ötən il Aşqabadda sakinlər evlərindən kondisionerlərin çıxarılmasına etiraz etmişdilər.

UKRAYNANI XİLAS EDİN

The New York Times qəzeti filantropist, Açıq Cəmiyyət Fondunun sədri George Soros və filosof Bernard-Henri Lévy-nin məqaləsini dərc edib.

«Bir il öncə Prezident Viktor Yanukovych Avromaydan hərəkatı ilə devrildi. Bu gün yüz minlərlə etirazçını Müstəqillik Meydanına toplayan ruh həmişəkindən də güclüdür, hətta ölkə ölkənin şərqindəki separatçıları dəstəkləyən Rusiya qüvvələrinin birbaşa hərbi hücumu altında olsa belə,» müəlliflər yazır.

Və yeni Ukrayna köhnənin əksinə getməyə çalışır. Maydan tərəfdarları isə müxalifətdən milli quruculuğa keçiblər.

Ukrayna paytaxtında etiraz aksiyası
Ukrayna paytaxtında etiraz aksiyası

Bircə çatışmazlıq odur ki, yeni Ukrayna bir sirr kimi qorunur, təkcə dünyadan deyil, ölkə ictimaiyyətinin özündən də. Radikal islahatlar hazırlanıb, ancaq hələ həyata keçirilməyib. Müəlliflər Gürcüstan inqilabından sonra Mikheil Saakashvili-nin yol polisini ləğv etməsini xatırladır, yəni camaat hər şeyi yaxşıya doğru dəyişdiyini anladı.

Ancaq Kiyevdə polis yenidən qurulmalıdır. Hələ də sürücülük vəsiqəsi almaq üçün əvvəlki kimi rüşvət verməlisən.

«Ukrayna özünü hərbi baxımdan müdafiə edəcək, ancaq maliyyə yardımına ehtiyacı var. 15 milyard dollar dərhal lazımdır. Ukraynaya özəl investisiyanı artırmaq üçün Qərb dövlətləri əlavə məbləğ ayırmalıdır», müəlliflər yazır. Onların fikrincə, təkcə Ukraynanın deyil, Avropa Birliyinin də gələcəyi təhlükədədir. Ukraynanın itirilməsi böyük zərbə olar. Ancaq Avropa Ukraynana gərəkən maliyyə yardmını ayırsa, cənab Putin təcavüzdən əl çəkər.

XS
SM
MD
LG