Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:39

8 partiya hökumətlə siyasi məhbuslar məsələsini müzakirə edəcək


Mirmahmud Fəttayev
Mirmahmud Fəttayev

-

Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

Azərbaycanda 8 müxalifət partiyasının rəhbərləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək.

Dekabrın 13-də baş tutacaq görüşdə siyasi məhbuslar, daha geniş tərkibli müxalifətlə dialoq və digər mələsələr müzakirəyə çıxarılacaq.

Bu haqda AzadlıqRadiosuna görüşün təşəbbüsçülərindən biri – Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (AKXCP) sədri Mirmahmud Fəttayev məlumat verib. Onun dediyinə görə, noyabrın 12-də belə bir görüşün keçirilməsi haqda qərar qəbul olunub və 3 gün sonra Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə müraciət edilib:

«Görüşün vaxtı haqda 3 gün öncə bizə məlumat gəlib. Dünən görüşə qatılacaq partiyalar öz iştirakını təsdiqləyib. 8 müxalifət partiyası iştiraka razılıq verib».

Bunlar AKXCP, Ümid, Azadlıq, Aydınlar, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal və Demokrat partiyalarıdır.

Mirmahmud Fəttah Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının adının siyahıda olmamasına da toxunub:

- AXCP özünü hamıya qarşı qoyur və hamını da özünə düşmən görür. Bu da onların haqlarıdır. Müsavatınsa mövqeyi öncədən bilinirdi.

– Müsavat belə görüşlərə qatılmamağa qərar vermişdi?

– Müsavat müzakirələrə qatıldı, amma görüşdə iştirak etmək istəmədi.

Mirmahmud Fəttayev AzadlıqRadiosunun «Bu görüşdən nə gözləyirsiniz» sualını görüş baş tutandan sonra cavablayacağını bildirib.

Müsavat başqanın müavini Elman Fəttah görüşə qatılmamalarını belə əsaslandırıb:

«Müsavat Partiyası nə belə bir görüşün təşəbbüskarı olub, nə müzakirələrə qatılıb, nə də Əli Həsənovun yanına getməyi düşünür».

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 8 partiyanın Əli Həsənovla gözlənilən görüşünü iqtidarın növbəti siyasi oyunu sayır:

«Mənə aydın deyil ki, Əli Həsənov özlərindən başqa heç kimi təmsil etməyən adamlarla nədən danışacaq. Görünür, məqsəd nəyisə müzakirə etmək yox, bu görüşdən istifadə edib beynəlxalq aləmə iqtidar-müxalifət dialoqu görüntüsü yaratmaqdır. Bu gün iqtidarın gerçək müxalifətə münasibəti bəllidir. Ona görə də AXCP bu məsələni iqtidarın növbəti oyunu hesab edir».

XS
SM
MD
LG