Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Birgə Qrup Xədicə İsmayıla zamin durmağa hazırdır


Novella Cəfəroğlu
Novella Cəfəroğlu

-

Gözlə

No media source currently available

0:00 0:03:29 0:00
Direct-ə keçid

«Baş Prokurorluqda görüşdə bildirdik ki, gör, indiyədək nə qədər adam intihar edib, intihara sövq edənlərin də adları məlumdur. Amma onların heç biri nəinki həbs olunub, heç istintaqa da cəlb olunmayıb».

Bunu AzadlıqRadiosuna İnsan Haqları üzrə Birgə Qrupun üzvü Novella Cəfəroğlu baş prokurorun müavini Rüstəm Usubovla görüşdən sonra deyib.

O, Xədicə İsmayılın tezliklə buraxılmasını istədiklərini söyləyib:

«Xədicə İsmayılın həbsi biabırçılıqdır. Biz Xədicə İsmayılın tezliklə azadlığa çıxmasına çalışacağıq. Görüşdə təkcə Xədicə İsmayılın yox, adları bizim siyahıda olan digər siyasi məhbusların da məsələsini qaldırdıq, ümid edirik ki, nəticəsi olacaq».

Azərbaycanda insan haqlarının qorunması məqsədilə yaradılan Birgə Qrup noyabrdan fəaliyyətdədir. Bəziləri bu qrupun fəaliyyətə başlaması ilə həbsə düşənlərin sayının artdığını söyləyir. Noyabrın əvvəlindən bəri AXCP-nin üç fəalı, bir vəkil və bir jurnalist həbs olunub.

Novella Cəfəroğlu Birgə Qrupun işini tənqid edənlərə bildirib ki, nəticə olacaq:

«Nəticə olmazsa, heç bu qrupun yaradılmasına ehtiyac olmazdı. Bizim işi tənqid edənlər azadlığa çıxanlardan da danışsınlar. Həsən Hüseynli, NİDA-çıları bəs kim azadlığa çıxardı? Düzdür, onlar əfv ərizəsi yazmışdı, amma bu həm də bizim işin nəticəsi idi. Xədicə İsmayıl da bizi tənqid edənlərdən biri idi. Biz ona zamin durmağa hazırıq. Bilmirik, bəlkə də o bundan imtina edəcək. Amma biz insan haqları müdafiəçisi kimi əlimizdən gələni əsirgəməyəcəyik. Ümid edirik ki, nəticəsi olacaq işimizin, sadəcə, bir az gözləmək lazımdır».

XS
SM
MD
LG