Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

ABŞ Azərbaycanı öz vətəndaşlarının haqlarına hörmət etməyə çağırıb


Jen Psaki
Jen Psaki

ABŞ Dövlət Departamenti: "Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə çağırırıq" -

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Vaşinqtondakı gündəlik bruifinqdə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərdən narahatlıq ifadə edib.

Amerikanın Səsinin Dövlət Departamentindəki müxbirinin Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimovun mülki geyimli şəxslər tərəfindən saxlanılaraq polis bölməsinə aparılması haqda sualını cavablandıran Dövlət Departamentinin sözçüsü Cen Psaki Azərbaycan hökumətini fundamental insan haqlarına əməl etməyə çağırıb.

“Biz Azərbaycan hökumətinin insan haqlarına dair özünün beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq” – deyib Dövlət Departamentinin sözçüsü, - Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq”.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə öz stabillik və firavanlığını ən yaxşı bir şəkildə təmin edə bilər.

Turxan Kərimov: "Rəis nə yazdığımla maraqlandı"
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

XS
SM
MD
LG