Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

«Azadlıq»ın həbsdən çıxan jurnalisti dedi ki...


Azerbaijan -- Baku, journalist Khalid Garayev
Azerbaijan -- Baku, journalist Khalid Garayev

“Azadlıq” qəzeti və “Azərbaycan saatı” TV proqramının əməkdaşı Xalid Qarayev azadlığa buraxılıb. Həbsxananı tərk edəndən sonra AzadlıqRadiosuna danışa jurnalist həbsini belə xatırlayır:

- Bizim ərazidə "polisin adamı" kimi tanınan biri var. Mənə zəng etmişdi ki, ərazidə bəzi təmir işləri aparmalıyıq və mənimlə danışmalıdır. Artıq zəng edəndə anlamışdım ki, nəsə mənə qarşı həbs hazırlanır. Axşam marketdən bəzi şeylər alıb çıxanda arxadan yaxınlaşdı. Bir neçə nəfər də vardı. Dedilər bizimlə gəlməlisən. Bildirdim ki, rəsmi çağırış göndərin. Dedilər ki, gəlməlisən - vəssalam. 4-cü polis bölməsinə apardılar. Oradan da Binəqədi polis idarəsinə. "Azadlıq" qəzetindəki fəlaiyətimlə maraqlandılar.

Xalid Qarayev deyir ki, həbsinin əsas səbəbi onun jurnalistika fəaliyyətidir və ölkdədki represiyaların davamıdır:

- Həmkarlarıma, vətəndaş cəmiyyəti fəallarına olan təzyiqin bir hissəsidir. Həbsdə qaldığım 25 gündə mən heç nə itirmədim. Əvəzində cəmiyyət, beynəlxalq ictimaiyyət ölkədəki represiyaların bir daha fərqinə vatdı. Düşünürəm ki, həbsim nə qədər qanunsuz olsa da, rejimin ifşası həbsimin müsbət tərəfidir.

Jurnalist İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində onunla normal rəftar edildiyini deyir.

Xalid Qarayev oktyabrın 29-da həbs edilib. Bir gün sonra Binəqədi Rayon Məhkəməsi onu xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu həbsi siyasi sifariş sayır.

Bir neçə beynəlxalq təşkilat Xalid Qarayevlə bağlı bəyanat yaymışdı. Bəyanatda Azərbaycan hökümətini jurnalisti azad etmək və ölkədə fərqli düşünənlərin təqibinə son qoymaq tələb olunurdu

XS
SM
MD
LG