Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:26

Jurnalistə 25 sutka həbs kəsildi [Video]


Jurnalist Xalid Qarayev
Jurnalist Xalid Qarayev

-

Oktyabrın 30-da Binəqədi rayon Məhkəməsi «Azadlıq» qəzetinin və xaricdən peyklə yayımlanan «Azərbaycan saatı» televiziya proqramının əməkdaşı Xalid Qarayevə 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə təqsirli bilinib.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

Binəqədi rayon Məhkəməsi Xalid Qarayevi 25 sutka azadlıqdan məhrum etdi.

Vəkil Bəhruz Bayramov məhkəmənin ədalətsiz keçirildiyi qənaətindədir:

«Dindirilən hal şahidləri Binəqədi polisinin qeyri-rəsmi əməkdaşlarıdır. Cinayət işlərində, inzibati proseslərdə onların adlarına tez-tez rast gəlirəm. Onlara tapşırılan ifadəni verdilər, hakim də hal şahidlərinin dediklərini nəzərə alaraq qərar çıxardı».

Vəkil Binəqədi məhkəməsinin qərarından Apellyasiya şikayəti verəcəklərini bildirir.

Polis "Azərbaycan saatı"nı saxladı
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

«MÜLKİ GEYİMDƏ OLAN POLİS ƏMƏKDAŞLARINI ZALA DOLDURUBLAR Kİ...»

Binəqədi rayon məhkəməsində "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" programının əməkdaşı Xalid Qarayevin məhkəməsi keçirilir. AzadlıqRadiosu müxbirinin verdiyi məlumata görə məhkəmədə iştirak etmək istəyən AXCP üzvləri və Xalid Qarayevin yaxınları zala buraxılmayıb. Gözəl Bayramlı zalın çox kiçik, oturacaqların sayının az olduğunu bildirib.

"Məhkəmədən əvvəl mülki geyimdə olan Binəqədi polis əməkdaşlarını zala doldurublar ki, guya bunlar prosesə baxmağa gələn vətəndaşlardır. Xalid Qarayevlə birlikdə hakimə etirazımızı bildirdik. İndi elə alındı ki, hakim həm onları, həm də bizi zaldan çıxardı"

Məhkəmədə jurnalistlərin də iştirakı təmin olunmayıb. İndi Xalid Qarayevi saxlayan polis əməkdaşları məhkəmədə dindirilir. Jurnalist və AXCP ali məclisinin üzvü olan Xalid Qarayev inzibati xətalar məcəlləsinin 310.1 maddəsi ilə ittiham olunur. Vəkil Bəhruz Bayramovun məhkəmənin yekunu barədə məlumat verəcəyi bildirilir.

«ONU HƏR KƏS YAXŞI TANIYIR»

«Gün ərazində bir nəfər mənə mütəmadi olaraq zəng edirdi. Soruşurdu hardasan? Deyirdim işdəyəm. İş yerimə gəlmək istədiyini bildirirdi».

Bu fikirləri jurnalist Xalid Qarayev AzadlıqRadiosuna müsahibəsində deyib. Onu Binəqədi polis bölməsində bir dəqiqəlik yaxalaya bildik. Telefonla necə saxlandığını danışdı:

- Binəqədidə yaşayan adamdır. Ona dedim ki, axşam evə qayıdanda zəng edərəm, görüşərik. Aradan 1-2 saat keçdi, yenə zəng vurdu. Evə qayıdarkən həmin adama zəng vurdum ki, artıq yaşadığım əraziyə çatıram. O da bildirdi ki, eyni ünvana gəlir. 5 dəqiqə keçməmiş iki nəfər yaxınlaşıb onlarla 4-cü polis bölməsinə getməli olduğumu dedi. İzah etdim ki, adamı bölməyə belə dəvət etmirlər, bu hərəkət qanunsuzdur. Sizin kimliyinizi də bilmirəm. Onlar mənə dedilər ki, «ətrafda xeyli adamımız var, səni burdan daha pis formada apararıq». Ona görə heç nə demədən maşınlarına mindim.

Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

- Sizə zəng vuran adamı tanıyırdınız?

- Əlbətdə tanıyırdım. O, polislə mütəmadi əlaqəsi olan adamdır. Onu hər kəs yaxşı tanıyır.

Jurnalistlə elə polis bölməsindən telefonla əlaqə yaratdığımızdan, bu yerdə artıq onun danışmasına imkan vermirlər.

Saxlanma ilə bağlı detalları vəkilindən əldə etdik. Xalid Qarayev xırda xuliqanlıqda və polisə müqavimətdə təqsirləndirilir. Bunu AzadlıqRadiosuna jurnalistin vəkili Bəhruz Bayramov bildirib. Vəkil deyir ki, hazırda Xalid Qarayevi məhəkəməyə aparırlar.

«İnzibati Xətalar Məcəlləsinin 296 (xırda xuliqanlıq) və 310.1 (polisə müqavimət) maddələri ilə saxlanıb. Deyilənlər sübuta yetirilərsə, jurnalisti 10-15 günlük həbs gözləyir», deyən vəkil əlavə edir:

«Bu sadəcə gülməlidir, başqa sözüm yoxdur»

ƏVVƏLCƏ TƏKZİB ETDİLƏR, SONRA TƏSDİQLƏDİLƏR

Oktyabrın 29-da «Azadlıq» qəzetinin və Türksat peyki ilə yayımlanan «Azərbaycan saatı» proqramının əməkdaşı Xalid Qarayevi polis saxlayıb. Bu haqda jurnalistin özü «Facebook» hesabında yazıb və Binəqədi rayon polis şöbəsinin 4-cü bölməsinə aparıldığını bildirib.

Əvvəlcə polis şöbəsindən jurnalistin orada olmasını təkzib etsələr də bir neçə saatdan sonra bölmənin rəisi müavini Oqtay Süleymanlı jurnalistin bölmədə olduğunu deyib. Şöbənin qarşısında gözləyən AXCP təşkilatının üzvü Çingiz Eminbəyli AzadlıqRadiosuna deyib ki, rəis müavini Xalid Qarayevin küçədə söyüş söydüyünə görə saxlandığını bildirib. X. Qarayev oktyabrın 30-da məhkəməyə çıxarılacaq. Vəkil Bəhruz Bayramova Xalid Qarayevlə görüşə icazə verilib.

Azərbaycan Saatı proqramının digər aparıcısı, Seymur Həzi isə bir neçə ay əvvəl həbs olunub. Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi Seymur Həzinin barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

XS
SM
MD
LG