Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:41

Azərbaycanda ötən il 25 min uşaq nikahdankənar doğulub


Fəzail Ağamalı
Fəzail Ağamalı

-

Fəzail Ağamalı Milli Məclisdə nikahdankənar uşaq dünyaya gətirənlərin məsuliyyəti ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməsi təklifini səsləndirib:

«Bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz. Adamlar vətəndaş nikahında yaşayırlarsa, buna hər hansı rəsmi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır».

Fəzail Ağamalı bildirib ki, bu uşaqların hüquqları qanunla tənzimlənmir:

«Qanunda sadəcə göstərilir ki, rəsmi və vətəndaş nikahından doğulan uşaqların hüquqları eynidir: Lakin bunun mexanizmi yoxdur. Kişi qadından ayrılır, pencəyini götürüb gedir yeni macəra axtarışına. Qadın da qalır uşaqla tək. Buna görə qanuna dəyişiklik edilməli, vətəndaş nikahından doğulan uşaqların üzərində valideyn məsuliyyəti tənzimlənməlidir. Olmasa, həmin 25 min uşağı potensial cinayətkar kimi qəbul etmək olar».

Deputat deyir ki, valideyn himayəsindən məhrum olan uşaqları dövlət himayə edir, lakin bu qayğı hər kəsi əhatə edə bilməz:

«Vətəndaş nikahından uşaq olursa, atanın məsuliyyəti olmalıdır, 18 yaşına çatanadək uşağa kömək etməlidir».

Fəzail Ağamalı bu məsələ ilə əlaqədar Ailə Məcəlləsinə dəyişiklik edilməsini istəyir:

«Mən ikili nikahın tərəfdarı deyiləm. Mətbuatda da məni bu cür təqdim etdilər, yanlış anladılar».

XS
SM
MD
LG