Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:35

23 sentyabr aksiyalarından sonra İran Azərbaycanında təzyiqlər artıb


23 sentyabr aksiyalarından sonra təzyiqlər artıb
23 sentyabr aksiyalarından sonra təzyiqlər artıb

Zəncan şəhərindən alınan məlumatlara əsasən təhlükəsizlik qüvvələri sentyabrın 29 və 30-da Azərbaycan fəallarının bir neçəsinin evinə hücum edərək, onları həbsə alıb, evlərini təftiş edib, kompüter, kitablar və bəzi sənədlərini müsadirə ediblər. Həbs edilənlər arasında Həmid Bəyat və İsmayıl Məhəmmədinin adı verilir.


Zəncanın tanınmış fəallarından olan Rza Abbasi 27 iyun 2006-dan nəzarət altına alınmış, lakin bu günə qədər məhkəmə tarixi təyin edilməmişdi. ASMEK (Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsi) və İran Məzunlar Birliyinin (Ədvar-e Təhkim-e Vəhdət) üzvü olan Rza Abbasinin həbsinin uzadılmasına etiraz olaraq «Zəncan Universiteti Tələbələrinin İslami Cəmiyyəti» bəyanat verib. İran İslam Respublikasının rəsmi şəxslərinə ünvanlanan bu bəyanat Rza Abbasi və başqa siyasi məhbusların tezliklə azad edilmədiyi təqdirdə tələbələr tərəfindən geniş aksiyalar həyata keçiriləcəyi barədə xəbərdarlıq edib.


Urmiyadən alınan xəbərdə mühəndis İbrahim Rəşidinin İnqilab məhkəməsinə çağırıldığı bildirilir. Şair Rəşidi (Savalan) Urmiyanin may ayında keçirilən aksiyalarda iştirakı üçün həbs olunmuş və bir aydan çox Urmiya təhlükəsizlik idarəsi zindanında saxladıqdan sonra buraxılmışdı.


Təbrizli qadın fəal Şahnaz Qulami isə Təbriz zindanının 37 saylı otağında sorğu-suala çəkilib. 37 saylı otaq Təbriz təhlükəsizlik qüvvələrinə aid bir bölümdür. Verilən məlumata görə Şahnaz Qulaminin təftiş edilməsi davam edir.


XS
SM
MD
LG